İbn-Sina yanılmayıb, sarımsaq dərdlərə dəvadır

  Tibb elminin atası hesab edilən İbn Sinanın zamanında tərtib etdiyi reseptlər günümüzdə də aktuallığını itirməyib. “Sherg.az” Milliyet.com.tr”yə istinadən bildirir ki, İbn Sinanın “sarımsağı süfrədən əskik etməyin” deyimi mütəxəssislər tərəfindən bu gün də təsdiqlənir. Sarımsaq saç tökülməsinə, saç ağarmasına qarşı ən yaxşı vasitədir. Saçların tökülməsinin qarşısını alır, köklərini möhkəmləndirir, ağarmanın önünü kəsir. Tərkibindəki vitamin və minerallar sayəsində saçlara parlaqlıq və canlılıq gətirir. Sarımsağın tərkibindəki E.B.C vitaminləri saçların nəmliyini qoruyub saxlayır. Sarımsaq bel ağrılarını aradan aldırır, sümükləri bərkidir. İbn Sina sağlamlıq üçün çiy sarımsaq yeməyi məsləhət görüb. İzah da edib ki, sarımsaq çiy yeyildikdə faydalıdir, çünki heç bir kənar təsirə məruz qalmır, vitaminlərini, faydalı mineralları itmir. Sarımsaq çiy yeyildikdə tərkibindəki vitamin və minerallar birbaşa orqanizmə daxil olur. Sarımsağın qan təzyiqini normal saxlamaq xüsusiyyəti də var. Damarları açır, qan dövranını yaxşılaşdırır. Sarımsaq təbii antibiotikdir. Soyuqlamaya, qripə qarşı ən güclü vasitədir. Sarımsaq bağırsaq florasını təmin edən güclü vasitədir və mədə-bağırsaq sisteminin normal çalışmasını təmin edir.