Avstraliyanın paytaxtı Kanberrada qadının beynindən cərrahi yolla 8 santimetr uzunluğunda canlı qurd çıxarılıb.
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, 64 yaşlı qadın 2021-ci ilin yanvar ayında qarın ağrısı və 3 həftə davam edən ishal, həmçinin quru öskürək, qızdırma və gecələr həddindən artıq tərləmə şikayətləri ilə xəstəxanaya müraciət edib.
2022-ci ildə qadının şikayətlərinə unutqanlıq və depressiya əlavə edildikdə, o, Kanberradakı xəstəxanaya yerləşdirilib.
Anormal beyin fəaliyyəti aşkar edildiyi üçün MRT müayinəsi aparılan qadının əməliyyat olunmasına qərar verilib.
Həkimlər əməliyyat zamanı qadının beynindən uzunluğu 8 santimetr, eni 1 millimetr olan canlı qurdu çıxarıblar.
Müayinə üçün laboratoriyaya göndərilən qurdun adətən piton ilanında görünən parazit olduğu müəyyən edilib.
Tədqiqat, parazitin insanlarda görüldüyünə dair əvvəlki hesabatların olmadığını qeyd olunub.
Xəstənin yaşadığı evin yaxınlığında gölün olduğu və gölün ətrafında parazit yaşayan piton növünün tapıldığı bildirilib.
Qadının gölün ətrafındakı otlara toxunması və ya yeməklərində ətrafdan topladığı bitkilərdən istifadə etməsi nəticəsində ilanın bədənindən xaric etdiyi parazitin yumurtasını götürdüyü iddia edilir.