"Dünən Niyazi Mehdi ilə görüşdük, uzun müddət idi ki, görüşmürdük. Səhhəti yaxşı deyildi".
Bunu professor Niyazi Mehdinin vəziyyəti ilə bağlı "Sherg.az"a məlumat verən "Qanun” nəşriyyatının direktoru, tanınmış naşir və ictimai xadim Şahbaz Xuduoğlu deyib.
Onun sözlərinə görə, indiki durumda sadəcə ailənin imkanı ilə xəstəliklərin öhdəsindən gəlmək mümkün deyil:
"Öz hesabına, ailə imkanları daxilində müalicə götürüb. Bir neçə xəstəliyin öhdəsindən gəlmək çətindir.
Azərbaycanın fəlsəfə fikrinə xidmət edən, 20-yə yaxın kitabın müəllifi olan professordur, tanınmış ictimai xadimdir. Ona dövlət qayğısı göstərilməlidir".
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən filosof, professor Niyazi Mehdi hemodializ müalicəsi alır. Hemodializin son mərhələsində olan N. Mehdi bu yaxınlarda yıxılaraq omba sümüyünü sındırıb.
Lakin əməliyyata aparılarkən məlum olub ki, ürəyində də ciddi problem var.
Əməliyyatdan imtina edən həkimlər ona ürəyinin cəmi 20 faizinin işlədiyini bildiriblər.
Müayinələr zamanı məlum olub ki, bütün bunlarla bərabər başqa bir neçə xəstəlikdən də əziyyət çəkir.