Xanımlar diqqət etsin: Təbii dolğu yoxdur! - Plastik-cərrah

"Təbii və ya süni adlandırılan dolğuların istifadəsinin əleyhinə olmuşam".  
 
Bunu "Sherg.az"a plastik-cərrah Elşən Nəsibov süni dolğuların zərərindən danışarkən deyib. Onun sözlərinə görə, bu gün heç bir plastik cərrah süni dolğulardan istifadə etmir:
"Süni dolğuları insanlara 3 aylıq kurs keçmiş, tibdən anlayışı olmayan kosmetoloqlar tətbiq edir. Sonradan biz də onu bədəndən çıxarmaq məcburiyyətində qalırıq. O da toxumalara sirayət edir. Toxumaların tərkibindən tam şəkildə çıxarmaq isə mümkün olmur. Ona görə belə fəsadlar yaranır. Təbii dolğu yoxdur. Çünki təbii maddə təbii yollarla əmələ gəlir. Sadəcə bir  az təmizlənmiş, keyfiyyətli formada gellərə təbii deyirlər. Həmin gelin tərkibindəki maddələri təbiət, dağ, dərədən yığıb, gətirməyiblər ki. Xanımları elə qadın kosmetoloqlar cəlb etməyə çalışırlar. Qadınlar elə özlərinin düşmənidirlər. Səhv edirlər, amma bəlkə də, haqq edirlər".

Qeyd edək ki, Azərbaycanlı model, bloqer və tiktoker Leyla Mirzəliyeva ağır durumdadır. Sosial media hesabında paylaşım edən bloqer süni dolğulardan bədəninin çürüdüyünü deyib:

"Süni gelləri bədənimdən çıxarmaq üçün bir ay müddətində doqquz dəfə bıçaq altına yatdım. Ağrılarım var, artıq dözə bilmirəm. Dolğulardan bədənim çürüyür. Heç bir həkim də kömək edə bilmir. Əməliyyat olunmalıyam. Sağ qalma şansım yüzdə ondur. Xahiş edirəm, dua edin, kimin haqqına girmişəmsə, haqqınızı halal edin".