Türk mütəxəssis immuniteti gücləndirmək üçün güclü vasitələr təklif edir

Mövsüm dəyişir

  Mövsüm dəyişikliyi zamanı immuniteti gücləndirmək mütləqdir. Qidalanma və dieta üzrə mütəxəssis Melis İşbakan mövsüm dəyişikliyi zamanı müşahidə edilən halsızlıq, yorğunluq kimi orqanizmin zəiflədiyini göstərən amillərə qarşı güclü vasitələr təklif edib. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən həkimin məsləhətlərini təqdim edir. M.İşbakan bildirib ki, payız fəslinə keçiddə ən çox diqqət ediləsi məsələ qidalanmadır. Yay aylarındakı qidalanma rejimi və istifadə olunan qidalara əlvida deyilməlidir. Çünki havaların dəyişməsiylə orqanizmin immuniteti də zəifləyir. Ona görə də qidalanma qaydalarının dəyişməsi də şərtdir. Bu, immunitetin möhkəmlənməsi, metabolizmanın yüksəlməsi üçün vacibdir. Qidalanmada mütləq tərkibində A,C, E, B qrupuna aid vitaminlər, selenium, sink, maqnezium, kalsium, potassium mineralları, eləcə də Omega 3 və Omega 6 yağı olan ərzaqlara üstünlük verilməlidir. Onlar sayəsində orqanizm güclənəcək, xəstəliklərə qalib gəlmək iqtidarında olacaq. Gün ərzində 5 porsiya təzə mövsüm meyvələri və tərəvəz qəbul etməklə orqanizmin vitamin və minerallar ehtiyacını qarşılamaq mümkündür. Yaşıl yarpaqlı tərəvəzlər, ənginar, brokoli, mandarin, portağal, limon, kivinin tərkibində bol miqdarda C vitamini var. Payıza doğru bol miqdarda saf su içmək də çox faydalıdır. Gün ərzində ən azı 2.5 litr su içmək lazımdır. Su içmək orqanizmin enerjisini yüksəldir, immuniteti gücləndirir. Həmçinin normal yuxu da zəruridir. Normal insan 7-8 saat yatmalıdır. İdmanla məşğul olmaq, aktiv həyat tərzi keçirmək də orqanizmi gücləndirən mühüm amildir.