Qadın sonsuzluğunun yeni müalicə üsulu kəşf edildi


"International Journal of Molecular Sciences"da polikistik yumurtalıq sindromu ilə əlaqəli olan qadın sonsuzluğu ilə mübarizədə yenilikçi dərman haqqında danışılıb.

Sherg.az lent.az-a istinadən bildirir ki, ABŞ alimlərinin hazırladığı bu vasitə kök hüceyrələrə əsaslanır.

Tədqiqat siçanlar üzərində aparılıb və bütün təcrübələr yumurtalıqların reproduktiv qabiliyyətini bərpa edib.

Polikistik yumurtalıq sindromu bir sıra xoşagəlməz əlamətlərlə müşayiət olunan çətin müalicə olunan bir xəstəlik hesab olunur.