“Bu qarışıqdan hər səhər içsəniz, “turp” kimi olacaqsınız”

Hər səhər 1 qaşıq için!

Faydalı məsləhətləriylə Türkiyədə məşhur qida mütəxəssisi, professor Canan Karatay bu dəfə də orqanizm üçün zəruri tövsiyələrini açıqlayıb. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, C.Karatay imminitetin möhkəmləndirilməsi məqsədilə zeytun yağı və limon suyu qarışığından hər səhər 1 qaşıq içməyi məsləhət görüb. C.Karatay “bu qarışıqdan hər səhər içsəniz, “turp” kimi olacaqsınız. Bu, qarışıq enerji deposudur. Onu içməklə günə enerjili başlamağı təmin etmiş olacaqsınız. Xüsusilə payız və qış aylarında içmək məsləhətdir”, deyib. Qarışıq necə hazırlanmalıdır? Professor bildirib ki, zeytun yağının da, limonun da ayrı-ayrılıqda faydaları çoxdur. Lakin bu ərzaqlar qarışdırıldıqda faydaları ikiqat artır. Qarışığı əldə etmək çox sadədir. 1 qaşıq zeytun yağının üzərinə limon sıxmaq yetərlidir. Bu qədər bəsit! Bu qarışığı hər gün səhər içmək qara ciyərdəki problemləri ortadan qaldırır. Orqanizmdəki toksinlər – zəhərli maddələr bədəndən xaric edilir. Diqqət edilməsi gərəkən qayda isə qarışıqdan davamlı istifadə etməkdir. Zeytun yağı və limon qarışığı göz altdakı “torbaları” da aradan qaldırır. Böyrək daşı və ya öd kisəsi problem olanlar bu qarışıqdan içməlidir. Bəlli bir müddət bu qarışıqdan içilməsi böyrək daşı və öd kisəsi problemini həll edəcək. Qarışıq beyin funksiyaları üzərində də təsirlidir. Davamlı olaraq qəbul etmək altsheymer xəstəliyindən qoruyur, psixoloji rahatsızlıqları da aradan qaldıra bilir. Hafizənin güclənməsi üçün də zeytun yağı içmək, limondan istifadə etmək məsləhətdir. Zeytun yağının və limonun tərkibindəki minerallar və vitaminlər sağlam görünüş və sağlam orqanizmə sahib olmağı təmin edir. Zeytun yağı və limon qarışığı krem maskası kimi dəriyə çəkildiyində də dərini təravətləndirir. Həmçinin bu qarışıq arıqlamaq istəyənlər üçün də faydalıdır. Zeytun yağı insulin nəzarətdə saxlaya bilir, nəticədə insanın qidaya yüksək tələbatı azalır ki, bu da kökəlmənin qarşısını alır.