Yaponiyada yalnız erkək böcəkləri öldürən virus aşkar edilib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, virusun erkək böcəkləri öldürmək üçün təkamül etdiyi müəyyən edilib. Tədqiqatçı Misato Terao universitet terrasında böcəklərin bitkiləri fərqli şəkildə gəmirdiyini görüb və bu böcəkləri həşərat mütəxəssisi Yoşinori Şintaniyə aparıb. Şintani böcəklərin dişi olduğunu gördü. Bu dişi böcəkləri erkək böcəklərlə cütləşdirən Şintani, 13 nəsildən sonra belə bu böcəklərin əksəriyyətinin dişi olduğunu və yalnız 3 erkək böcəklərin sağ qaldığını müəyyən etdi. Şintani beləliklə "erkək qatili" virusunu kəşf etdi. Britaniyalı bir mütəxəssis bu virus sayəsində zərərli həşəratların sayının azalacağını düşünür.