XX və XXI əsrdəki böyük pandemiyaların səbəbi heyvandan keçən viruslar olub.
Son koronavirus da yarasadan keçmişdi.
"Medicina" xəbər verir ki, alimlər heyvanlardan keçən insan xəstəlikləri haqqında 60 illik məlumatları təhlil ediblər.
2050-ci ilə qədər belə patogenlər 2020-ci ilə nisbətən 12 dəfə çox epidemiyaya səbəb ola bilər.
Hazırda zəif də olsa aktiv olan təhlükəli viruslar Ebola, Marburq, SARS-CoV-2 (COVID-19), Nipah virusu və Maçupodur.
Nipah virusunun çmənbəyi meyvə yarasalarında və ya uçan tülkülərdə gizlənir. Uçan tülkülərin də Ebola virusunu ötürdüyü güman edilir.