Dünyaca məşhur “Əsl heyvanların anatomiyası” sərgisi ilk dəfə Türkiyədədir

Dünyanın ən məşhur sərgilərindən biri olan "Body Worlds: Animal Inside Out" dekabr ayı boyunca İstanbulda həvəskarları qəbul edəcək.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Alman Anatomist Günter fon Hagensin plastinasiya texnikası ilə xarab olmayan hala gətirdiyi 100-dən çox heyvan bədəni və bədən hissələrinin yer aldığı "Əsl Heyvanların Anatomiyası Sərgisi" dekabrın 1-də Ataşehirdəki bir ticarət mərkəzində ziyarətçilərin ixtiyarına veriləcək.
Dekabr ayı ərzində açıq olacaq sərginin elmi və tibbi məsləhətçiliyini İstanbul Cerrahpaşa Universiteti, kuratorluğunu isə Dr. Angelina Vhalley üzərinə götürüb.


 Sərgidə fildən zürafəyə, keçidən ilanbalığına, ahtapotdan dəvəquşuna qədər 100-dən çox həqiqi heyvan bədəninin daxili aləmi, əzələləri, skelet sistemi və damarları bədii anlayışla təqdim olunur.

Elm və incəsənət dairələri tərəfindən dünyanın ən əhatəli heyvan anatomiyası sərgisi kimi təsvir edilən layihə, sözün əsl mənasında ziyarətçilərini anatomiya safarisinə aparır. Heyvanların daxili orqanlarının mürəkkəbliyini və müxtəlif növlərin anatomiyasını başa düşülən şəkildə nəzəri bilikləri praktikada tətbiq etmək imkanı verən sərgi, 7-dən 70-ə qədər bütün ziyarətçiləri  heyvanlar həyatına daha çox hörmət göstərməyə sövq edir.

6 qitə, 34 ölkə və 140 şəhərdə 50 milyondan çox ziyarətçiyə ev sahibliyi edən sərgi bütün zamanların ən uzun açıq sərgisi kimi də tanınır.