"Xəstənin çəkisi həddən artıq yüksəkdirsə və psixoloji cəhətdən hazırdırsa, mədə kiçiltmə əməliyyatı etdirə bilər".
APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Oqtay Hüseynov deyib.
O, valideynlərdə şəkər xəstəliyinin olmasının övladlara təsirinə də aydınlıq gətirib.
"Əgər anada tip 1 şəkərli diabet varsa, uşaqda olma faizi 3-7 faizdir. Atada tip 1 şəkərli diabet varsa, övladda əmələ gəlmə ehtimalı 10 faizə qədərdir. Əgər valideynlərin hər ikisində şəkərli diabet varsa, uşaqda 70 faiz əmələ gəlmə ehtimalı var" - deyə o qeyd edib.