Tibb tarixində ilk dəfə bir insana tam göz transplantasiyası gerçəkləşib. “Sherg.az” “NTV,com.tr”yə istinadən bildirir ki, əməliyyat ABŞ-nin Nyu-York Universitetinin cərrahları tərəfindən aparılıb. İşdə keçirdiyi qəza nəticəsində sol gözünü itirən 46 yaşlı Aoron Ceyms həkimlərin uğurlu əməliyyatından sonra yenidən görməyə başlayıb. Aoron Ceyms iş yerində 7 min 200 voltluq elektrik cərəyanının vurması nəticəsində görmə qabiliyyətini itirib, üz sinirləri də zədələnib. Sözügedən gözköçürmə əməliyyatı bu ilin may ayında baş tutub. Lakin həkimlər bir müddət gözləməyi, əməliyyatın hər hansı fəsadlarının olmayacağından əmin olduqdan sonra məlumatı açıqlamağı qərara alıblar. Artıq əməliyyatdan 6 ay keçir və Aoron normal görmə qabiliyyətinə malikdir. Gözköçürmə əməliyyatı 21 saat çəkib və əməliyyatda 140-dan çox tibb işçisi iştirak edib. Əməliyyatın gedişində gözün köçürülməsiylə yanaşı gözün sinir yenilənməsini gücləndirmək üçün ilk dəfə bir donorun iliyindən alınmış yetişmiş kök hüceyrə də transplantasiya edilib. Aoronun üzünün sol tərəfinə də yeni üz dərisi köçürülüb. Bununla da Aoron Ceyms tibb tarixində ilk dəfə göz transplantasiyası gerçəkləşmiş şəxs olaraq tarixə düşüb. Əməliyyatı gerçəkləşdirənlərdən biri, üz nəqli proqramlarının icraçısı həkim-cərrah Eduardo D. Rodrigez Ceymsin görmə qabiliyyətini bütünlüklə yenidən əldə etməsi ehtimalının az olmasına rəğmən əməliyyatın tibb tarixində iz qoyduğunu söyləyib.
Tibdə bir ilk: Gözköçürmə əməliyyatı
12:36 16.11.2023
Sağlamlıq
179

Oxşar xəbərlər
Xəbər lenti
Təşviş, bədbinlik gələn kimi nə etməli? - 10 dəqiqəlik metod
03:29 10.12.2023
Sağlamlıq
Paşinyan: Səhv etdim, baş nazir olan kimi deməliydim ki, Qarabağ…
01:13 10.12.2023
Gündəm
Bloomberg: İsveçrə saatlarının populyarlıq zirvəsi geridə qalıb
01:08 10.12.2023
Dünya
Qərbi Azərbaycana qayıdış: Əliyev İrəvana şərtini elan etdi
01:07 10.12.2023
Gündəm
Bu da Röyanın MİLYONLUQ EVİ - VİDEO
00:43 10.12.2023
Şou
Toyda bıçaqlananların sayı artıb -YENİLƏNİB
00:36 10.12.2023
Hadisə
"Açıq geyinən müğənniləri telekanala buraxmırlar" - VİDEO
00:33 10.12.2023
Şou
Misir Mərdanovun Xalq artisti ilə rəqsi gündəm oldu - VİDEO
00:18 10.12.2023
Cəmiyyət
Kollektiv Qərbə xəbərdarlıq
22:53 09.12.2023
Siyasət
100 yaşı olanlar daha çox nəyə görə peşiman olurlar? -ARAŞDIRMA
22:08 09.12.2023
Cəmiyyət
BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib
21:45 09.12.2023
Siyasət
Müəllimlərin vəzifə maaşına əlavələr edilib
20:56 09.12.2023
Cəmiyyət
Mina təhlükəsi hamını düşündürməlidir
20:55 09.12.2023
Gündəm
Oğuzda avtomobil aşıb, iki nəfər xəsarət alıb
20:02 09.12.2023
Hadisə
Kəndlilər qorxu içində: Ayılar qəbirləri qazır
19:48 09.12.2023
Hadisə
Zəngəzur dəhlizi danışıqlarda əsas kiliddir
19:46 09.12.2023
Gündəm
Sosial medianı bir-birinə qatdı: 2 saat xilaskarını gözlədi
19:24 09.12.2023
Hadisə
Bakı COP29-a ev sahibliyi edəcək
Bakı COP29-a ev sahibliyi edəcək
19:05 09.12.2023
Aktual
Rusiya XİN Ukrayna ilə sülh üçün şərtləri açıqlayıb
18:52 09.12.2023
Dünya
Mahmud Abbas ABŞ-ı Qəzza ilə bağlı mövqeyinə görə sərt tənqid edib
18:11 09.12.2023
Dünya