Elgiz Əkbər orqanlarını rəsmən bağışladı

Aparıcı Elgiz Əkbər ölümündən sonra orqanlarını bağışlayıb.


"Medicina" xəbər verir ki, o, “Elgizlə izlə” verilişində bildirib ki, 1 ildir bu proses olub.


“Könüllü olaraq orqanlarımı bağışlamışam. Rəsmi şəkildə bunu etmişəm. Əgər öləndən sonra gözüm kiməsə lazımdırsa, qurbandır”.

Qeyd edək ki, Azərbaycanda bir çox məşhurlar və həkimlər orqan bağışlamaq üçün müraciət edib.