Vaxtından əvvəl doğulan uşaqlar...

Onların görmə qabiliyyətində də problem olur

Ona görə də belə uşaqların mütləq oftalmoloq müayinəsindən keçirilməsi tövsiyə olunur


  Hər on körpədən biri hamiləliyin 37-ci həftəsini tamamlamadan dünyaya gəldiyi üçün tənəffüs, ürək-damar, bağırsaq və sinir sistemi problemləri kimi bir çox çətinliklər ilə qarşılaşırlar.   İmmun sistemi tam inkişaf etmədiyi üçün belə körpələrin mikroblara qarşı müqaviməti zəif olmaqla yanaşı, xüsusi qayğıya ehtiyacı var.  
  Ona görə də 2009-cu ildə Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa Fondunun təşəbbüsü ilə noyabrın 17-də Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü təsis edilib. Bu günün qeyd olunmasında məqsəd vaxtından əvvəl doğumun təhlükəsi və fəsadları, profilaktikası və hamiləliyin tam vaxtında başa çatdırılması haqqında ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir.
  Erkən uşaq doğulan ailələrdə körpələrin təkcə keyfiyyətli müalicəsinə və yalnız maddi deyil, həm də psixoloji dəstəyə ehtiyac duyulur. Vaxtından əvvəl doğuş problemi ilə ailə və cəmiyyətin rifah və inkişaf səviyyəsindən asılı olmayaraq üzləşmək mümkündür. Lakin təcrübə göstərir ki, vaxtından qabaq doğulanların əksəriyyəti nəinki sağlam və gümrah, hətta görkəmli şəxsiyyətlərə çevrilirlər.
 
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neanotoloq Rüstəm Hüseynov "Sherg.az"a bildirib  ki, vaxtından əvvəl doğulmuş körpələr hamiləliyin 37-ci tam həftəsindən az müddətdə, yəni hamiləliyin 260-cı günündən əvvəl doğulmuş uşaqlardır:

 “Dünyada hər il təxminən 15 milyon körpə vaxtından əvvəl doğulur. Bu, orta hesabla hər 10-cu doğulan uşaq deməkdir. Ümumilikdə vaxtından əvvəl doğulma bütün doğulan uşaqların 8-12 faizini təşkil edir. Azərbaycanda 2015-ci il yanvar ayının 1-dən hestasiya yaşı 22 həftədən, çəkisi 500 qramdan yuxarı doğulan körpələr də bu qrupa aid edilib. Ölkəmizdə vaxtından əvvəl doğulmuş uşaqlara dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Müvafiq dövlət proqramlarında, yeni perinatal konsepsiyada vaxtından əvvəl doğulmuşlara xüsusi yer ayrılır. Neonatologiya sahəsində ciddi irəliləyişlər qeyd olunur, müəssisələrdə maddi-texniki bazanın möhkəmləndirilməsi üçün kifayət qədər yardım göstərilir, kadr potensialı artırılır.
  Bundan əvvəlki illərdə, təqribən 15-20 il öncə vaxtından əvvəl doğulmuşlara xas olan, müalicəsində ciddi çətinliklər qeyd olunduğu xəstəliklərin müasir dövrümüzdə həlli yolları mümkün olub. Məsələn, müxtəlif müəssisələrimizdə bu qrup uşaqlarda cərrahi əməliyyatların aparılması (nekrozlaşan enterokolit, qida borusunun atreziyası və s. ilə bağlı), tənəffüs sistemi ilə bağlı xəstəliklər üçün əvəzedici terapiyaya aid surfaktant preparatının istifadə olunması, həmçinin mərkəzi sinir sisteminin inkişafı üçün istifadə olunan, tənəffüsə dəstək olan kofein sitratın tətbiq olunması buna nümunədir.
  Vaxtından əvvəl doğulmuş körpələrdə fəsadların əksəriyyəti orqan və sistemlərin yetkinsizliyi ilə əlaqədardır. Ağırlaşmaların yaranma riski vaxtından əvvəl doğulmanın dərəcəsi, həmçinin vaxtından əvvəl doğulmanın səbəbi analarda olan infeksiyalar, şəkərli diabet, arterial hipertenziya, preeklampsiya və s. ilə birbaşa bağlıdır. Həyatının ilk günlərində yaranmış tənəffüs problemləri gələcəkdə ağciyərlərdə spesifik dəyişikliklərlə bağlı bronx-ağciyər displaziyasının inkişafına səbəb olur. Ürək-damar hemodinamikanın xüsusiyyətlərini, mədə-bağırsaq sisteminin, qaraciyərin, sidik ifrazat sistemi orqanlarının yetkinsizliyi ilə bağlı problemləri də qeyd etmək lazımdır. Belə uşaqlarda vaxtından əvvəl doğulmuşların anemiyası inkişaf edə bilər. Qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirilməlidir. Vaxtından əvvəl doğulma ilə bağlı körpənin səhhətindəki problemlər spesifik xarakter daşıyır. Onlardan vaxtından əvvəl doğulmuşun retinopatiyası (ROP) 31 həftədən əvvəl doğulmuş və bəzi digər vaxtından əvvəl doğulmuş körpələrdə yarana bilən göz xəstəliyidir. Bu, gözün arxasındakı torlu qişa adlanan toxumaya təsir edən problemdir. Körpə böyüdükcə ROP (yüngül formaları) bəzi hallarda öz-özünə keçə bilər. Ancaq körpə bu müddətdə mütəmadi olaraq mütləq oftalmoloq nəzarətində olmalıdır. Bəzən korluğun qarşısını almaq üçün təcili müalicə və müdaxilə tələb olunur. Əgər vaxtında müalicə olunmazsa, uşaqda ciddi geriyədönməz fəsadlar baş verə bilər. Eşitmə ilə bağlı pozulmaların ola biləcəyi nəzərə alınmalıdır, bu səbəbdən vaxtında audiometriya müayinəsi olunması vacibdir. Ümumiyyətlə, vaxtından əvvəl doğulanlar həkim-mütəxəssislərin (nevroloq, oftalmoloq, audioloq, psixoloq, endokrinoloq, ortoped) daimi nəzarəti altında olmalıdırlar".
 
Həkim deyib ki, müvafiq tədbirləri həyata keçirməklə bu cür doğuşların sayını azaltmaq mümkündür:
 "Belə ki, qız uşaqlarının sağlam fiziki inkişafına, yeniyetməlik dövründəki xüsusiyyətlərinə diqqət yetirilməlidir. Onların inkişaf mərhələlərində rastlaşdığı səhhəti ilə bağlı qarşısı alınmalı, profilaktik tədbirlər həyata keçirilməlidir. Hamiləlik dövründə ilk həftələrdən qadının həkim nəzarətində olması, mütəmadi lazım olan müayinələrdən keçməsi vacibdir. Erkən doğum riski yarandığı halda dölün mühafizəsi üçün bəzi profilaktik tədbirlər aparılmalıdır.
  Hamiləlik müddətində qadına tətbiq olunmuş profilaktik tədbirlər, məsələn, dölün ağciyərlərinin yetkinliyi (RDS profilaktika) üçün hormonal terapiyanın təyin olunması, qanın mənfi rezus faktoru ilə bağlı immunokonfliktin qarşısını alan dərman preparatlarının verilməsi və s. vaxtından əvvəl audioloq, psixoloq, endokrinoloq, ortoped) daimi nəzarəti altında olmalıdırlar".
  Həkim deyib ki, müvafiq tədbirləri həyata keçirməklə bu cür doğuşların sayını azaltmaq mümkündür: "Belə ki, qız uşaqlarının sağlam fiziki inkişafına, yeniyetməlik dövründəki xüsusiyyətlərinə diqqət yetirilməlidir. Onların inkişaf mərhələlərində rastlaşdığı səhhəti ilə bağlı qarşısı alınmalı, profilaktik tədbirlər həyata keçirilməlidir. Hamiləlik dövründə ilk həftələrdən qadının həkim nəzarətində olması, mütəmadi lazım olan müayinələrdən keçməsi vacibdir. Erkən doğum riski yarandığı halda dölün mühafizəsi üçün bəzi profilaktik tədbirlər aparılmalıdır.
  Hamiləlik müddətində qadına tətbiq olunmuş profilaktik tədbirlər, məsələn, dölün ağciyərlərinin yetkinliyi (RDS profilaktika) üçün hormonal terapiyanın təyin olunması, qanın mənfi rezus faktoru ilə bağlı immunokonfliktin qarşısını alan dərman preparatlarının verilməsi və s. vaxtından əvvəl doğulmuş körpənin bəzi problemlərinin qarşısını almaqda kömək olur.
  Bu istiqamətdə ölkəmizdə mütəmadi olaraq işlər aparılır. Postsovet məkanında vaxtından əvvəl doğulmuşların mərkəzi sinir sisteminin xüsusiyyətlərini öyrənmək üçün elektroensegfaloqrafiya (EEQ) müayinəsi respublikamızda ilk olaraq Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda tətbiq olunub. Qeyd etmək lazımdır ki, EEQ müayinəsi tək beyin zədələnmələrini deyil, beyin qabığının differensiyasiyası əsasında hələ kliniki əlamətlər meydana çıxmamış beynin yetkinlik dərəcəsini qiymətləndirməyə, körpənin gələcək inkişafını proqnozlaşdırmağa imkan verir.
  Son illərdə isə neonatal skrininqlər (ürəyin EXO KQ müayinəsi, gözün ROP müayinəsi, eşitmənin təyini, genetik neonatal skrininq) tətbiq olunub. Məqsəd kliniki əlamətlərdən əvvəl xəstəliklərin təyin edilməsidir. Vaxtında görülən tədbirlər gələcək sağlamlığın zaminidir".
  Neanotoloqun sözlərinə görə, vaxtından əvvəl doğulanlar həkim-mütəxəssislərin daimi nəzarəti altında olmalıdırlar.
O deyib ki, vaxtından əvvəl doğulmuş körpələrdə fəsadların əksəriyyəti orqan və sistemlərin yetkinsizliyi ilə əlaqədardır. Ağırlaşmaların yaranma riski vaxtından əvvəl doğulmanın dərəcəsi, həmçinin vaxtından əvvəl doğulmanın səbəbi analarda olan infeksiyalar, şəkərli diabet, arterial hipertenziya, preeklampsiya və s. ilə birbaşa bağlıdır:
 “Həyatının ilk günlərində yaranmış tənəffüs problemləri gələcəkdə ağciyərlərdə spesifik dəyişikliklərlə bağlı bronx-ağciyər displaziyasının inkişafına səbəb olur. Ürək-damar hemodinamikanın xüsusiyyətlərini, mədə-bağırsaq sisteminin, qaraciyərin, sidik ifrazat sistemi orqanlarının yetkinsizliyi ilə bağlı problemləri də qeyd etmək lazımdır. Belə uşaqlarda vaxtından əvvəl doğulmuşların anemiyası inkişaf edə bilər. Qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirilməlidir. Vaxtından əvvəl doğulma ilə bağlı körpənin səhhətindəki problemlər spesifik xarakter daşıyır. Onlardan vaxtından əvvəl doğulmuşun retinopatiyası (ROP) 31 həftədən əvvəl doğulmuş və bəzi digər vaxtından əvvəl doğulmuş körpələrdə yarana bilən göz xəstəliyidir. Bu, gözün arxasındakı torlu qişa adlanan toxumaya təsir edən problemdir. Körpə böyüdükcə ROP (yüngül formaları) bəzi hallarda öz-özünə keçə bilər. Ancaq körpə bu müddətdə mütəmadi olaraq mütləq oftalmoloq nəzarətində olmalıdır. Bəzən korluğun qarşısını almaq üçün təcili müalicə və müdaxilə tələb olunur. Əgər vaxtında müalicə olunmazsa, uşaqda ciddi geriyədönməz fəsadlar baş verə bilər. Eşitmə ilə bağlı pozulmaların ola biləcəyi nəzərə alınmalıdır, bu səbəbdən vaxtında audiometriya müayinəsi olunması vacibdir. Ümumiyyətlə, vaxtından əvvəl doğulanlar həkim-mütəxəssislərin (nevroloq, oftalmoloq, audioloq, psixoloq, endokrinoloq, ortoped) daimi nəzarəti altında olmalıdırlar".

Mama-ginekoloq Təranə Bayramova  da qeyd edib ki, vaxtından əvvəl doğuşlar hamiləliyin 22-ci həftəsindən 37-ci həftəsinə qədər baş verən doğuşlardır. Onun sözlərinə görə, vaxtından əvvəl doğuşların tezliyi inkişaf etmiş ölkələrdə 6-12 faiz arasında tərəddüd edir: 

“İnkişaf etməkdə olan ölkələrdə bu rəqəm daha yüksəkdir. Vaxtından əvvəl doğuşların təxminən 40 faizi hamiləliyin 34-cü həftəsinə qədər, 20 faizi 32-ci həftəsinə qədər baş verir. Bir çox mamalıq ağırlaşmaları, somatik və anatomik pozğunluqlar vaxtından əvvəl doğuşların meydana çıxmasına səbəb ola bilər. Vaxtından əvvəl doğuşlar üçün əsas  risk faktoru  sosial faktorlardır. Yəni yaşı 16-dan aşağı olan hamilələr, aşağı sosial-iqtisadi durum, aşağı çəki-boy göstəricisi, tütündən istifadə.  Mama-ginekoloji ağırlaşmalar, somatik ağırlaşmalar, anatomik ağırlaşmalar da risk faktorlarına aiddir. 50 faiz hallarda vaxtından əvvəl doğuşların səbəbi naməlum olaraq qalır. Neonatal itkilərin 65 faizinin, uşaq yaşlarında nevroloji pozğunluqların 50 faizinin səbəbi vaxtından əvvəl doğuşlardır. Dünyada hər il təxminən 15 milyon körpə vaxtından əvvəl doğulur, bu isə dünyadakı hər on körpədən biri deməkdir. Vaxtından əvvəl doğulmuş uşaqlarda əsas problem sistemlərin (nəfəsalma, ürək-damar, həzm və s. sistemləri) natamam inkişafıdır. Bu qrup uşaqlar üçün ana südü ilə qidalandırma olduqca vacib sayılır. Vaxtından qabaq doğulmuş uşaqların immun sistemi də yetkin olmur. Bu səbəbdən belə uşaqlar müxtəlif infeksiyalara qarşı daha davamsız olurlar. Burada da uşağa müxtəlif immun faktorları ilə zəngin olan ana südü əvəzsiz kömək edə bilər. Bu qrup  uşaqlarda qaraciyər natamam inkişaf etmiş olur və bu səbəbdən fizioloji sarılıq onlarda daha uzun müddət ərzində müşahidə olunur. Bu halda uşağa xüsusi müalicə təyin oluna bilər. Bundan əlavə  ana südü də sarılıqla mübarizədə böyük kömək edir”.
  Ginekoloqun sözlərinə görə, vaxtından əvvəl doğulanlarda ən geniş yayılan problemlədən biri də görməsi ilə bağlı olur: 
“Ona görə də belə uşaqların mütləq oftalmoloq müayinəsindən keçirilməsi tövsiyə olunur”.