Bu xəstəliyin müalicəsi yoxdur! Ayaqları hər il 7 santimetr böyüyür

Sivasın Şarkışla rayonunda yaşayan evli və 4 uşaq atası Tuncer Dəmirəzen təxminən 25 il əvvəl ayağındakı uyuşma səbəbiylə xəstəxanaya müraciət etmişdi. Ürək-damar cərrahiyyəsinə gedən Dəmirəzendə heç bir müalicəsi olmayan "fil xəstəliyi"' olaraq da bilinən "limfedema" olduğu aşkarlanıb. Müxtəlif müalicələr alan Dəmirəzen sağlamlığını bərpa edə bilməyib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, hər il diz qapağının altından 5-7 santimetr böyüyən Dəmirəzənin həyatı alt-üst olub. Ayaqqabı və şalvar geyinməkdə çətinlik çəkən Dəmirəzen çarəni özünə xüsusi ayaqqabı və şalvar tikdirməklə tapıb.




 
Xəstəliyin 25 il əvvəl ayağında kiçik bir şişliklə başladığını ifadə edən Tuncer Demirezen, “Hər il 5-7 santimetr böyüyürdü. Bu il yenidən 7 santimetr böyüdü. Məncə, gələn il 5 santimetr də böyüyəcək. Çətindir, demək istəyirəm ki, ağrı indi artmağa başlayır" deyib.


Müalicəsi üçün bir çox şəhərə getdiyini bildirən Dəmirəzen əlavə edib: “İstanbuldan Ankaraya, Kayseriyə, getmədiyim yer qalmadı. Həll tapa bilmədim. Fil xəstəliyi ağ qan damarlarının tıxanmasıdır. Ağ qan damarı tıxandığından və qan dövranı olmadığından şişməyə səbəb olur".