Qusarda 27 nəfər qızılcaya yoluxdu

Qusarda 27 nəfər qızılcaya yoluxub.
Axar.az xəbər verir ki, bu barədə Bizim.Media-ya Qusar Rayon Mərkəzi Xəstəxanasının İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Anjela Zalova məlumat verib. Bildirilib ki, yoluxanlardan 24-ü məktəblidir.

Qusar Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nadirşah Şirinov da faktı təsdiqləyib. Onun sözlərinə görə, qızılcanın yayılmaması üçün rayon mərkəzi xəstəxanası və təhsil sektoru ilə birgə qabaqlayıcı tədbirlər görülür.

Qızılca qeydə alınan məktəblərdə dezinfeksiya işləri aparılır. Məktəblərdə hərarəti olan şagirdlər dərsə buraxılmır və müalicəyə cəlb olunmaları təmin edilir.