Xərçəng hadisələrinin artması bir çox insanı qorxudur. Bununla belə, həyat tərzində və qidalanmada bir neçə mühüm dəyişiklik sizi xərçəngə tutulmanızın qarşısını ala bilər.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, dünyada dərc edilən araşdırmalar xərçəng hallarının artdığını müşahidə edir. Hər üç nəfərdən biri həyatının bir mərhələsində xərçəngə tutulacaq. Mütəxəssislər deyirlər ki, bu halların bir çoxunun qarşısını sadə pəhriz dəyişikliyi ilə almaq olar. Bəzi qidalar yeməklərə əlavə edildikdə xərçənglə mübarizədə daha təsirli ola bilər.
Sarımsağın kəskin qoxusundan məsul olan allisin maddəsi xərçənglə mübarizə çox faydalıdır. Sherg.az xarici mediaya istinadən xəbər verir ki, həftədə 5 diş sarmısaq yemək həyat xilas edə bilər. Xərçəngdən qorunmaq üçün yeməklərinizdən əskik etməyin.
Çinin mədə xərçənginə tutulma ehtimalı yüksək olan bölgələrində 3000-dən çox insan üzərində aparılan uzunmüddətli araşdırma, istehlak edilən hər 2,2 kiloqram sarımsaq üçün mədə xərçəngi riskinin 17 faiz azaldığını göstərir. Pekin Universiteti Xərçəng xəstəxanasının xərçəng epidemioloqu Wenqing Li bildirib ki, bu, həftədə təxminən beş diş sarımsağa bərabərdir.