Tayvanın Tainan şəhərində bel ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən 20 yaşlı Xiao Yu adlı qadının böyrəklərindən 300-dən çox böyrək daşı çıxarılıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Tayvanın cənubundakı Tainan şəhərində 20 yaşlı Xiao Yu bel ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilib. Müayinələr nəticəsində onun böyrəklərində çoxlu böyrək daşı aşkarlanıb və Yu təcili cərrahiyyə əməliyyatına götürülüb. Uğurlu əməliyyatdan sonra Yu-nun böyrəklərindən 0,5-2 sm ölçüdə 300-dən çox böyrək daşı çıxarılıb.
Əməliyyatın aparıldığı Chi Mei xəstəxanasından verilən açıqlamada Yunun su içməyi sevmədiyi və yalnız şəkərli içkilər və çay qəbul etdiyi bildirilib.
Xiao Yunun yemək vərdişlərinin pis olduğunu vurğulayan Chi Mei xəstəxanasının həkimləri tayvanlılara daha sağlam qidalar istehlak etmələri və bol su içmələri barədə xəbərdarlıq ediblər.
Digər tərəfdən, Chi Mei xəstəxanasının uroloqu Lin Tsai-yang qeyd edib ki, Tayvanda kişilərin yüzdə 14,9 faizi və qadınların yüzdə 4,3 faizi böyrək daşlarından əziyyət çəkir.