Bəzən hansısa tibb işçisi vətəndaşın icbari tibbi sığortadan yararlanmasına süni mane yaradır.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun illik hesabatını təqdim edərkən məlumat verib.
Onun sözlərinə görə, bu kimi neqativ hallar olur: "Həmin tibb işçiləri barədə tənbeh tədbirləri görülür. Bir başqa məsələ həkim çatışmazlığı ilə bağlıdır. Problem əsas da regionlarda müşahidə olunur. Bu istiqamətdə də aidiyyəti üzrə çıxış yolları, mərhələli tədbirlər görülür.
O qeyd edib ki, son dövrlərdə xəstəxanalara müraciət sayları də artıb və sıxlıq müşahidə olunur.
“Vətəndaş "nə üçün uzun müddət növbədə gözləməliyəm" sualını verir. Bu halları aradan qaldırmaq üçün "randevu" sistemi tətbiq edilir. Sİstem özünü doğruldarsa ölkə üzrə tətbiq ediləcək. Düşünürük ki, bu da sıxlığın aradan qaldırılmasına töhfə verərəcək".