Qadın sağlamlığı üçün faydalı olan qidalar, içkilər və bir çox dəmləmələr mövcuddur.
Sağlamolun.az bu dəfə qadınların orqanizminə faydalı olan bəzi içkiləri təqdim edir:
Limonlu ilıq su
Bu vasitə artıq çəkidən qurtulmağa, orqanizmdən toksinləri çıxarmağa, immuniteti, dərinin vəziyyətini və həzmi yaxşılaşdırmağa kömək edir. Fakt budur ki, limon toxluq hormonu - leptinə təsir göstərə bilər. Əgər tarazlıq pozulursa, bədən yağ yataqlarını toplamağa başlayır.
Resept çox sadədir: yarım limonun suyunu sıxıb üzərinə qaynar su tökün, bir az soyudun və bir dəfəyə için. Səhərinizi bu içki ilə başlamaq daha yaxşıdır.
Zerdeçal ilə süd
Ayurvedada ən məşhur reseptlərdən biridir. Buna “qızıl süd” də deyirlər. Bu içki bütün hormonları tarazlaşdırır, immunitet sistemini gücləndirir, həzmi yaxşılaşdırır, soyuqdəyməni müalicə edir.
Resept: 200 ml isti süd, ½ qaşıq zerdeçal, Yaxşı dad üçün bal əlavə edə bilərsiniz. Bu içkini gecə içmək daha yaxşıdır.