Bir çox insanlar qan təzyiqini düzgün ölçmür. Buna görə də nəticələr səhv ola bilir. Rusiyalı kardioloq Aleksandr Myasnikov bununla bağlı məsləhətlər verib.
“Təzyiqi ölçməzdən əvvəl sakit oturmaq, xoş bir şey haqqında düşünmək lazımdır. Həmçinin prosedurdan əvvəl yaşıl çay və ya qəhvə içməməlisiniz, çünki onlar nəticələri təhrif edə bilər. Həkim əlavə edib ki, qan təzyiqini düzgün oturaraq, ayaqlarınızı üst-üstə aşırmadan ölçmək lazımdır. Əl ürək səviyyəsində masada olmalıdır”, - deyə həkim bildirib.
Bundan başqa Myasnikov qeyd edib ki, qan təzyiqini ölçən zaman sidik kisəsi boş olmalıdır. “Yemək yeyəndən dərhal sonra da ölçmək olmaz. Mədənin yeməyi həzm etməsi üçün vaxt lazımdır”, - deyə ekspert söyləyib. Saglamolun.Az