Uşaqlarda zehni 10 dəfə artırır: Bu meyvəni məktəb çantasına qoyun!

Qidalanma planı və müntəzəm qidalanma uşaqların intellektini və yaddaşını inkişaf etdirmək üçün böyük əhəmiyyət kəsb edir. Kişmiş yaddaşı yaxşılaşdıran və inkişafa töhfə verən quru meyvələrdəndir. Araşdırmalarla sübut edilən bu təsir idrak funksiyalarını artırır.


Sherg.az türk  mediasına istinadən xəbər verir ki, tərkibində müxtəlif B vitaminləri olan kişmiş xüsusilə fol turşusu və B12 maddəsi ilə zəngindir. Sinir sisteminin sağlam işləməsi üçün lazımdır. Bu vitaminlər beyin funksiyasına kömək edİr və sinir hüceyrələrinin sağlamlığını dəstəkləyİr.


Kişmişin tərkibində maqnezium və kalium kimi minerallar var. Maqnezium sinir keçiriciliyində və sinir hüceyrələri arasında qarşılıqlı əlaqədə mühüm rol oynayır.

Tərkibindəki təbii şəkər sayəsində gündəlik enerji ehtiyacı ödənilə bilər. Qlükoza beyin funksiyalarını qorumaq üçün lazım olan əsas enerji mənbələrindən biridir. Uşaqlar üçün təsirli bir meyvə olan kişmiş gündəlik enerjini dəstəkləyİr.

Əsl beyin qidası olan kişmişi gün ərzində 1 ovuc kişmiş istehlak etmək kifayət edəcək. Beyin sağlamlığını qoruyaraq bədəndəki yorğunluğun qarşısını alacaq, yaddaş zəifliyinin aradan qaldırılmasında təsirli rol oynayacaq.

Kişmiş qanda antioksidant səviyyəsini əhəmiyyətli dərəcədə artırır. Sağlamlığı yaxşılaşdıran bu qida yaxşı qoruyucu qalxan yaradır. Eyni zamanda uşaqlarda əl-göz koordinasiyası yaxşılaşır.
Məktəb yaşlı uşaqların diqqəti və konsentrasiyası bir-birindən fərqlidir. Hər bir fərddə fərqli vəziyyətlərə və nəticələrə səbəb olan bu problemin qarşısını almaq üçün müntəzəm olaraq kişmiş istehlak edilə bilər.

Kişmiş diqqəti yaxşılaşdırır, koqnitiv performansı artırır və D vitamini çatışmazlığının qarşısını alır. Təbii ki, bu faydalar təkcə uşaqlar üçün deyil, böyüklər üçün də böyük əhəmiyyət kəsb edir.

Faydalı meyvələrdən faydalanmaq üçün sadə şəkildə istehlak edə bilərsiniz. Ancaq istəyinizdən asılı olaraq salatların, qatıqların və ya yulafların üzərinə səpərək istehlak da edə bilərsiniz.