Alimlər beyin ölümü zamanı bu orqanda qapanan nöqtəni tapmaqla ilkə imza atıb.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, alimlərin “ölüm dalğası” adlandırdığı bir qrup kimyəvi elementin beyində elektrik dalğası yaratması nəticəsində beyin ölümünün gerçəkləşdiyini təsbit ediblər. Son tədqiqatlara görə, bu vəziyyətin qarşısı alına bilər. Alimlər iddia edir ki, beyin ölümü qarşısı alına bilən kliniki vəziyyətdir. Fransadakı Paris Beyin İnstitutu tərəfindən gerçəkləşdirilən araşdırmada əsas fiqur olan Severine Mahon bildirib ki, ölüm anı qəfil yaranan hadisə deyil, onu müəyyən zaman ərzində dayandırmaq mümkündür. S.Mahon “beyində ölümün qarşısını ala biləcək nöqtəni hələ ki tam dəqiqləşdirməmişik, amma bu, mümkün görünür”, söyləyib. Tədqiqatçılar beyində ölümün necə baş verdiyini araşdırmaq üçün siçanların beyin hüceyrələrinə və neyronlara kiçik problar yerləşdiriblər. Bununla siçanlarda beyin ölümü zamanı bş verən kimyəvi və enerji aktivliyini ölçüb. Nəticə beyin ölümünün sadə bir hal olmadığını üzə çıxarıb. Alimlər bu qənaətə gəlib ki, beyin ölümünün nüvəsi hələ tapılmasa da, “ölüm dalğası”nın haradan və necə başladığı müəyyən edilə bilər. Bu isə gələcəkdə beyin ölümünün qarşısının alınmasına kömək edəcək. Nəticədə hər hansı bir qəza, yaralanma zamanı beyin zədələnmələrinin qarşısını almaq üçün həkimlər daha uğurlu müalicə üsullarından istifadə edə biləcəklər. Ölüm anında neyronlar qapandıqca, beyində güclü bir elektrik dalğası yayılır. “Aniksik depolarizasiyon” adı verilən bu dalğa neyronların öldüyünü xəbər verir. Əgər həmin anda qısa müddətə insanı həyata qaytarmaq mümkün olsa, beyindəki bu prosesi dayandırmaq olar. Bunun üçün “ölüm dalğası”nın beynin hansı hissəsində daha çox yayıldığı müəyyənləşməlidir ki, məhz həmin bölgəyə təcili müdaxilə edilsin. Bununla insanları beyin ölümündən xilas etmək olar.