2023-cü ildə endokrin sistem, sinir sistemi xəstəlikləri üstünlük təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda əks edilib. Bildirilib ki, ötən il qeydə alınmış xəstəliklər arasında, həmçinin həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, göz və gözün əlavə aparatının xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib.