Milli Məclisdə Yoluxucu xəstəliklərlə mübarizə ilə bağlı dinləmə keçiriləcək.
Bu, parlamentin Səhiyyə komitəsinin 2024-cü il yaz sessiyası üçün İş planına daxil edilib.
Komitədə sessiya müddətində “Yoluxucu xəstəliklərlə mübarizə: qızılca infeksiyası ilə bağlı ölkədəki mövcud vəziyyət, peyvəndləmə və görülən tədbirlər”ə dair dinləmə təşkil edəcək.