Hər ev aptekində olması mütləq vacib olan ucuz dərmanlardan biri də aspirindir.
“Medicina” xəbər verir ki, hələ də həkimlər kimlərə, hansı problemlərdə bu dərmanın hər gün qəbul etməli olduğu barədə məsələdə dəqiq cavabı bilmirlər.
Tibb çoxdan sübut edib ki, aspirin qan durulaşdırıcı və tromb əleyhinə olduğu üçün infarkt, insult və hətta xərçəngdən qoruya bilər.
Hamilələrdə tromboz, vaxtından əvvəl düşük və doğuşlara qarşı da faydalıdır.
Son elmi araşdırmalar isə aspirinin Alsheymer və Parkinsondan müdafiə edə biləcəyini də sübut edib.
Salisil turşu tərkibli aspirin bir qədər qanama riskini artırdığı üçün təhlükəlidir.
Çox adamların daxilində hansı problemləri bilmədiyimizdən qansızmaları proqnoz etmək olmur.
Aspirindən qansızma mədədən tutmuş beyinə kimi ola bilər.
Ona görə də yalnız və yalnəz ağır xəstələr, ürək-damar tutulması olanlar, artıq infarkt, insult olanlara həkim təyinatı və nəzarəti ilə gündə aspirin qəbul etmək olar.
Qalan hallda profilaktik məqsədlə aspirin hər gün içmək olmaz.
Aspirin içən insan öncə müəyyən analiz və yoxlanışlardan keçməli, qanın vəziyyətini bilməlidir. Eləcə də mədə bağırsaq xorası olanlara olmaz.