Ötən il ərzində respublikada laborator yolla təsdiq edilmiş cəmi 3 göyöskürək hadisəsi qeydə alınıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.
"Hadisələr 1-4 yaşlı peyvənd olunmayan uşaqlar arasında müşahidə edilib. 2024-cü ildə isə göyöskürəyə yoluxma qeydə alınmayıb", - cavabda qeyd edilib.
Vurğulanıb ki, göyöskürək kəskin infeksion xəstəlikdir və bu xəstəliyə daha çox 5 yaşa qədər peyvənd olunmayan uşaqlar yoluxurlar: "Göyöskürək idarə olunan infeksiyalar qrupuna aiddir. Bu infeksiyaya qarşı vaksinasiya Azərbaycan Respublikasının Milli Peyvənd Təqviminə daxildir. Xəstəlikdən qorunmağın ən effektiv yolu vaksinasiyadır".