ABŞ-ın Viskonsin ştatından olan 20 yaşlı Karli Özkurt 5 ildir elektron siqaretdən istifadə edir.
Sherg.az Asılılığı səbəbindən sağ ağciyəri iki dəfə çökən gənc qıza daimi ziyan dəyib. O, həyatında ən böyük peşmanlığının elektron siqaretdən istifadə etməyə başlaması olduğunu bildirib.
2021-ci ilin noyabrında işdə olarkən ilk dəfə yıxılan və fərqinə varmayan Karlee, "Daha 40-ı keçə bilməyəcəyimdən narahatam" dedi. Belində əzələ spazmı olduğunu düşünən gənc qız cəmi 2 gün sonra xəstəxanaya müraciət edib.
"İlk dəfə ağciyərim iynə və şprislə yenidən genişləndirilməli idi, lakin 2022-ci ilin noyabrında ağciyərim yenidən çökdükdən sonra əməliyyat keçirməli oldum" deyir Karli.
Karli insanları bu bəladan uzaq durmağa şağırıb.