Sadə yol: Yuxu keyfiyyətini yaxşılaşdırır

29 nəfərin iştirak etdiyi 4 həftəlik təcrübədə yuxu keyfiyyətini yaxşılaşdırmağın sadə yolu ortaya çıxıb. 

“Sherg.az” xəbər verir ki, Danimarka Texniki Universitetinin tədqiqatçıları 4 həftəlik təcrübədə yuxu keyfiyyətini yaxşılaşdırmağın sadə yolunu müəyyən ediblər. 29 nəfərin iştirakı ilə eksperiment aparılıb. Təcrübədə ventilyatorlarla işləyən müxtəlif havalandırma sistemləri olan otaqlardan istifadə edilib. Müvafiq olaraq, zəif havalandırılan otaqlarda yuxu keyfiyyətinin azaldığı, yaxşı havalandırılan otaqlarda artdığı müşahidə edilib. Təcrübədə yuxu keyfiyyətini təyin edən ən əhəmiyyətli faktorun havalandırma sistemlərinin otaqdakı karbon-dioksid nisbətini azaltması olduğuna diqqət çəkən elm adamları, güclü fan sistemlərinin də havadakı hissəcikləri daha təsirli şəkildə təmizlədiyini ifadə ediblər. Araşdırmada "Ventilyasiya sürəti artırıldığında, ölçülən yuxu keyfiyyətinin də yaxşılaşdığı müşahidə edildi" ifadə edilib. Daha təsirli ventilyasiya sistemlərinin gecə oyanma sürətini
24 azaltdığı bildirilib. Tədqiqatçılardan Pavel Vargocki, otaqlardakı havalandırma səviyyəsinin idrak qabiliyyətinə təsir etdiyinə diqqət çəkərək deyib: "Yataq otağındakı havanın keyfiyyəti diqqəti cəmləmək, anlamaq və reaksiya vermək kimi
koqnitiv qabiliyyətlərinizə təsir edir. Yaxşı havalandırılan yataq otağında yatmaq idrak
qabiliyyətləriniz üçün daha faydalıdır".
Digər tərəfdən, tədqiqatçılar gələcəkdə daha böyük bir qrupla təcrübə apararaq rütubət və
karbon-dioksid sıxlığı arasındakı əlaqəni yaxından araşdırmağı hədəflədiklərini qeyd ediblər.
Turan