Qərbi Afrika ölkələrindən olan Nigeriyanın Sokoto əyalətində 3 uşaq diaqnozu açıqlanmayan xəstəlikdən dünyasını dəyişib. 127 uşaq müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilməkdə davam edir.
Sherg.az xəbər verir ki, Sokoto qubernatorunun müavini İdris Qobir verdiyi açıqlamada əyalətdə indiyədək 3 uşağın diaqnozu qoyulmamış xəstəlikdən dünyasını dəyişdiyini bildirib.
Qobir bildirib ki, 127 uşaq xəstəlikdən müalicə olunub.
Xəstəliyin səbəbini araşdırmaq üçün ekspert qrupu göndərdiyini qeyd edən Qobir, xəstəliyin yayılmasının qarşısını almaq üçün federal hökumətdən kömək istəyib.