Səhiyyə Nazirliyi daha bir özəl klinikanın fəaliyyətini qadağan edib. Bu, "Medicare" Klinikasıdır. Nazirliyin Analitik Ekspertiza Mərkəzinin məlumatında bildirilir ki, mərkəz 2024-cü ilin birinci rübü ərzində özəl tibb müəssisələrində 32 planlı, 55 plandankənar yoxlama və 8 araşdırma keçirib, bir klinikanın lisenziyası dayandırılıb. Yoxlamalar zamanı özəl tibb müəssisələrində aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar 46 protokol tərtib edilib. Bu müddət ərzində 1 özəl tibb müəssisəsinin – "Medicare" Klinikası MMC-də lisenziyadan kənar fəaliyyət aşkar edilməsi və verilən vaxt ərzində nöqsanların aradan qaldırılmaması səbəbindən Səhiyyə Nazirliyinin rəyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən sözügedən klinikanın lisenziyasının dayandırılması barədə qərar qəbul edilib.
Xatırladaq ki, təxminən 1 ay əvvəl "Para-Med Klinikası" cərimə edilmişdi. Məlumatda bildirilirdi ki, 2023-cü ildə lisenziya verilmiş “Para-Med Klinikası” Qapalı Səhmdar Cəmiyyətinə sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması ilə bağlı qanunvericiliyin tələbini pozduğuna görə cərimə yazılıb. Klinika barəsində Səhiyyə Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, cərimə protokolu tərtib edilib. Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İş hakim Elməddin Hüseynovun icraatına verilib. Klinikanın barəsində protokol tərtib olunan maddədə deyilir ki, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Klinikaların cərimə edilməsi, lisenziyaların ləğvi qanunidirmi?
Təcili və Təxirəsalınmaz Tibbi Yardım həkimi, terapevt Şahvələd Məmmədov "Sherg.az"a açıqlamasında qeyd etdi ki, özəl tibb müəssisələrinin fəaliyyətinə icazə konkret qaydalar, tələblər üzrə verilir: