Dünyada mənşəyi hələ bəlli olmayan yeni virus yayılır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırıçı alimi Ceremi Farrar mediaya bildirib ki,qəribə olsa da bu virus ördəklər və toyuqlarda rast gəlinirdi, lakin indi məməlilər arasında yayılır və narahatlıq doğurur:
"Virus mutasiya edir. Nə qədər çox heyvan yoluxarsa, insanların da yoluxma riski artır".
Dünyada yayılan coxsaylı viruslara " qapı açan " Azərbaycan bu virusa meydan olması nə dərəcədə realdır ? Bu yoluxucu xəstəlik insanlar arasında yayılsa , qarşısını almaq mümkün olacaqmı?
İnfeksionist-həkim Mərdan Əliyev "Sherg.az"a söyləyib ki, təəssüf ki, son vaxtlar heyvanlar arasında viruslar çox geniş yayılıb:
"Bu yolxucu xəstəliklərin coxu insanlar arasında yayılmır. Ancaq heyvanlar arasında yayılan bəzi yoluxucu xəstəliklər insanlara da keçə bilər. Bu ehtimal isə çox azdır. Lakin sürətli artım baş verərsə, virus mutasiya oluna və insana keçə bilər. Bunu müəyyənləşdirmək, bilmək üçün ciddi araşdırma aparmaq lazımdır. Bir sözlə, rəqəmlər analiz edilməlidir".