Mən enerjini günəşdən alıram...
İnsan orqanizmində baş verən xəstəliklərə iki cür – fəlsəfi və material yanaşma mövcuddur. Onlardan birincisi akademik təbabət adlanır. Yəni insan orqanizmi bütün dünyada qəbul olunmuş normativlər və proqramlar əsasında öyrənilir; xəstəliklərə səbəb və nəticə kontekstindən yanaşılır; onların etipotegenik potologiyası, yəni səbəbi tapılır; o səbəbin xəstəliyi hansı yollarla yaratması potogenitik istiqamətdə araşdırılır və nəhayət, müvafiq müayinələr təyin edilir. İkinci yanaşma isə müəyyən mənada birinciyə alternativ xarakter daşıyan bioloji təbabətdir. Əvvəllər onun adı homotoksikologiya idi, sonradan sistemli bioloji yanaşma kimi xarakterizə edildi. İndi isə inteqrativ təbabət adlanır. Onun əsas məqsədi xəstəliklərə yanaşma üsullarının bir-birinə inteqrasiyasına nail olmaq, bütövlükdə müalicə aparmaqdır. Bu iki metod arasında oxşar və fərqli cəhətləri müəyyənləşdirmək üçün xəstəliyə yanaşma fəlsəfəsi mövcuddur.
Şərq təbabətində, xüsusilə Çində, Tibetdə, Hindistanda, cənub-şərqi Asiyada və yaxın Şərqdə daha çox yayılmış bir metod var: bu metodla insanda müəyyən olunan xəstəliklər orqanizmdən tam şəkildə xaric edilir. Bioloji təbabət də öz qarşısına anoloji məqsəd qoyub: insan orqanizmini təmizləmək, yəni hüceyrələrdə, toxumalarda və orqanlarda yığılmış toksinlərin aradan götürülməsi yolu ilə orqanizmin öz funksiyasını tam şəkildə bərpa etməsinə və yerinə yetirməsinə şərait yaratmaq.
Bu ideya ilk dəfə Homotoksikologiya elminin banisi alman alimi Rekyevik tərəfindən hələ ötən əsrin əvvəllərində irəli sürülüb. Və müvafiq müalicə prinsipləri işlənib hazırlanıb. Lakin ideya geniş rezonans qazana bilmədi. Tənqidçiləri çox oldu. Və bir müddət yaddan çıxarıldı. Amma sonradan Qərbdən və Avropadan Çinə gedən mütəxəssislər şərq təbabətinin yanaşma tərzini öyrəndikdə Rekyevikin nə qədər haqlı olduğunu müəyyənləşdirdilər. Bununla da, Rekyevikin unudulmuş ideyası yenidən gündəmə gəldi. Yeni klinikalar yaradıldı və bioloji təbabət daha ciddi və daha səmərəli müalicə vasitəsi kimi formalaşdı.
Xəstəliyin yaranma səbəbi və nəticə kontekstindən yanaşdıqda, bioloji təbabət əsasən problemə kompleks şəkildə müdaxilə prinsip ilə yadda qalır. Məlum olduğu kimi, bu və ya digər yollarla insan orqanizminə daxil olan toksinlər – homotoksinlər hüceyrəətrafı mühiti çirkləndirir. Hüceyrə ilə onun ətrafı arasında gedən müntəzəm mübadilə prosesinə ciddi təsir göstərir, onu əhəmiyyətli dərəcədə ləngidir. Nəticədə sərhədlər arasında blok yaranır. O da məlumdur ki, aralıq məhsullar hüceyrə məsamələri vasitəsilə hüceyrəətrafı mühitə – matriksə ötrülür və orqanizmdən xaric olunur. Bioloji təbabət həm hüceyrədaxili, həm də hüceyrəətrafı mühiti – matriksi təmizləyir.
Hüceyrənin avtonom yaşaması üçün bütün şəraiti var. Ancaq toksinlərin hüceyrə məsamələrini çirkləndirməsi mübadilə prosesində ciddi əngəllər yaradır. Başqa sözlə desək, toksinlərin hüceyrənin içində oturması xəstəliyi yaradan əsas faktorlardandır. Bu mənada bioloji təbabətin tətbiq etdiyi müalicə sistemi ilk növbədə hüceyə və hüceyrəətrafı mühitə daxil olmuş toksinləri zərərsizləşdirməklə hüceyrənin və matriksin sinxron fəaliyyətini bərpa edir, xəstəliyi aradan qaldırır. Digər tərəfdən, bioloji təbabətin tətbiq etdiyi pereparatlar toksinlərin zərərsizləşdirilməsi məqsədilə həm çıxarıcı orqanların fəaliyyətini gücləndirir, orqanizmi təmizləyir, həm də immun sistemini gücləndirir.
Ayrıca vurğulanmalıdır ki, bioloji təbabətin tətbiq etdiyi pereparatlar əsasən xüsusi plantasiyalarda yetişdirilmiş bitkilərdən – təbii yolla hazırlanır. Kimyəvi pereparatlardan fərqli olaraq, heç bir yan təsiri yoxdur. Ona görə də onları yaşından və durumundan asılı olmayaraq bütün insanlara tətbiq etmək mümkündür.
Təbabət sahəsində əldə olunmuş praktik uğurları səbəbindən Qərbi Avropada, xüsusilə Almaniyada, Avstriyada, Cənubi Amerikada, Kolumbiyada, Argentinada Braziliyada, Şimali Amerikada, Kanadada tibb universitetlərində bioloji təbabətə aid kafedralar fəaliyyət göstərir və o, elm kimi tədris olunur. Haqqında tələbələrə və həkimlərə ətraflı bilgilər verilir.
Bioloji təbabətin Azərbaycana gətirilməsi və setifikatlaşdırılması 1997-cı ildən “Planeta” şirkətinin qurucusu və direktoru kimi tanınan Elxan Yaqubovun gərgin və səmərəli əməyi və adı ilə bağlıdır. Məhz onun mesenatlığı və təşəbbüsü ilə mərkəzi Almaniyada yerləşən Bioloji təbabətlə müalicə metodu 2001-ci ildən ölkəmizdə fəaliyyətə başlamışdır. Bioloji Tənzimləyici Təbabət metodları ilə bütün ixtisaslar üzrə müalicə aparacaq həkimlər Elxa Yaqubovun əvəzsiz dəstəyi ilə Almaniyaya uzunmüddətli ezamiyyəyə göndərilmiş, təcrübə mübadiləsi keçmiş, müvafiq bilgilər əldə etmişlər. Bundan sonra 2009-cu ilin dekabrında Bioloji Təbabət Klinikası təsis edilmişdir. Hazırda öz şəbəkəsini genişləndirən Bioloji Təbabətin Bakıda, Sumqayıtda, Masallıda və Göyçayda tibbin bütün tələblərinə yüksək səviyyədə cavab verən müasir klinikaları klassik müalicə üsulları ilə inteqrativ şəkilldə, müştərək olaraq vahid bir məxrəcdə uğurla fəaliyyət göstərir və nəzərəçarpacaq praktik nəticələr əldə edir.
Qeyd: Yazı tibb elmləri doktoru, professor Rafiq Quliyevin fikirləri əsasında hazırlanmışdır.