Yeni pandemiyə xəbərdarlığı: İnfeksionist ehtimallardan danışdı

Bill Geyts 2025-2026-cı il üçün yeni pandemiya xəbərdarlığı edib.
Bu dəfə virus, xəstəlik ağcaqanadlarla yayılacaq.
Bill Geyts gələn il yeni qlobal pandemiyaya start verəcək. Bu dəfə virus ağcaqanadlar vasitəsilə keçəcək.
"Medicina" xəbər verir ki, hələ 3 il əvvəl Brüsseldə “Fəlakətli yoluxma” təlimi keçirilib. Onlara Almaniya, Seneqal, Liberiya, Sinqapur, Hindistan, Ruanda, Anqola və Nigeriya rəsmiləri də qoşulub. İştirakçılar yeni pandemiyanı müzakirə ediblər, o zaman yeni Seers virusunun adı açıqlanıb.

Bill Geyts hazırda ağcaqanadlarla eksperimentlər aparır ki, bu da onun “gizli silahına” çevrilə bilər. Böcəklər 10 min insanı öldürə bilər. Belə olan halda infrastrukturu dağıtmağa ehtiyac qalmır. T

Yeni bir pandemiya üçün sinir sistemini, mədə-bağırsaq traktını və tənəffüs yollarını təsir edən enteroviruslardan istifadə edilir. Simptomları qızdırma, burun axması, öskürək, qusma və ishal, baş ağrısı və iştahsızlıqdır.


İnfeksionist-həkim Mərdan Əliyev "Sherg.az"a bildirib ki, Coviddən sonra yenidən pandemiyaların olacağı barədə müəyyən məlumatlar var idi:

“Bill Geyts deyir ancaq bu yüzdə yüz bir məsələ deyil. Çünki ehtimal ilə danışır. Lakin belə bir ehtimalın olması mümkündür. Ağcaqanadlarla yoluxan xəstəlik hərhalda klebsiella infeksiyalardan olacaq. Yəni hemorragik qızdırmalar ola bilər. Ağcaqanadlarla yoluxan infeksiyanın qarşısını almaq üçün ən yaxşı yol ağcaqanadların məhv edilməsi və onlardan qorunmaqdır”