Genetik modifikasiya olunmuş bu cür meyvlər qatqısız deyil-Professordan həyacan siqnalı

"Mövsümün ən dadlı meyvələrindən biri olan çiyələk bəzi insanlarda allergik reaksiyalara səbəb olur".

Medicina.az xəbər verir ki, bununla bağlı məlumatı Kliniki Tibbi Mərkəz yayıb.
Xəbərdarlıqda deyilir ki, bu allergik reaksiya orqanizmin çiyələyin tərkibindəki zülallara qarşı həssaslığı nəticəsində yaranır. Özünü yüngül qaşınmadan şiddətli dəri səpgilərinə və ya tənəffüs problemlərinə qədər dəyişən əlamətlərlə büruzə verir.

Çiyələk allergiyasının simptomları müxtəlif olur. Bu allergiya ağızda və boğazda qaşınma, dodaqların və dilin şişməsi, dəri səpgiləri, qızartı və qaşınma, sulu və qaşınan gözlər, burun tıxanıqlığı və asqırma və s. kimi simptomlarla özünü göstərir.

Çiyələk qəbul etdikdən dərhal sonra və ya bir neçə saat ərzində bu əlamətlərdən biri və ya bir neçəsi müşahidə olunarsa, mütləq həkimə müraciət etmək lazımdır.

Tibb elmləri doktoru professor, Adil Qeybulla "Sherg.az"a bildirib ki, mövsümdən əvvəl çıxan bəzi meyvələr suni iqlim şəraitində yetişdirilir:

“Mövsümdən əvvəl çıxan bəzi meyvələrə ziyanvericilər əleyhinə maddələrdən və müxtəlif gübrələrdən istifadə edilir. Bunlarda bitkinin tərkibinə keçərək orqanizmdə neqativ təsirini göstərir. Mövsümi meyvələr olsa, belə istixanalarda yetişən meyvələr həddən artıq çoxdur. Çiyələyin ölçüləri də normaldan bir qədər böyükdür. Həm genetik modifikasiya olunmuş, həm də müxtəlif suni iqlim şəraitində yetişdirilmiş bu cür meyvlər qatqısız deyil. Ona görədə onların tərkibində olan müxtəlif maddələr sensibilizasiya yaradır, allergik reaksiyalara, xəstələrdə müxtəlif mədə-bağırsaq pozuntuları və qaşınmalara səbəb olur. Həmçinin də insanlar bunları həddən artıq qəbul edərək orqanizmə neqativ təsirini göstərir. “