Sağlamlıq üçün olmazsa-olmaz hesab edilən vitaminlər o zaman fayda verir ki, doğru saatda, doğru vaxtda qəbul edilir. Elə vitaminlər var, onları səhər saatlarında, elələri də var axşam vaxtı qəbul etmək lazımdır. Bu barədə həkim-terapevt, daxili xəstəliklər üzrə uzman Osman Müftüoğlu açıqlama verib.
“Sherg.az" “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, həkim hansı vitamin və mineralların nə zaman qəbul edilməli olduğundan danışıb. Bəzən iddia edilir ki, vitaminlər və mineral tərkibli dərmanlar səhər yeməyindən öncə, acqarına qəbul edilməlidir. Lakin bu, heç də bütün vitaminlərə aid edilməməlidir. Həkim izah edib ki, tərkibində dəmir, selenium, ginseng, kolajen, xrom, maqnezium teonat olan vitaminlər səhər saatlarında qəbul edilməlidir. Bu cür vitaminləri səhər, acqarına qəbul etmək olar. Vitaminlərin bəziləri isə səhər yeməyindən sonra – tox mədəyə qəbul edilməlidir. Bunlar D vitamini, magnezium-malat, Omega-3, koenzim q10, K2 vitamini və sinkdir. O.Müftüoğlu, axşam tox qarına qəbul edilməli olan vitaminlər sırasında Kalsium-sitrat, magnezium-sitrat, magnezium-malat, magnezium-glisinatı məsləhət görüb. Yatmazdan əvvəlsə melatonin, valerian dəstəyi, pasiflora dəstəyi almaq olar. Dərmanları qəbul edərkən daxil olduqları qruplara da diqqət edilməlidir. Hansı dərmanların hansı qrup vitaminlərə aid olduğu müəyyənləşdirilərək qəbul edilərsə, daha çox fayda verəcək. Eyni qrupdan olan vitaminlər birlikdə qəbul edildikdə orqanizmə faydası daha artıq olur.