Yay ayları enerjisi ilə bizi canlandırsa da, günəş şüaları baş ağrılarına və həyat keyfiyyətimizin aşağı düşməsinə səbəb olur.
Sherg.az türk nevroloq Dr. Özlem Çakıra istinadən baş ağrılarına qarşı görülə biləcək tədbirlər haqqında məlumat verib.
Xüsusilə mövsümi dəyişikliklər miqren və gərginlik tipli baş ağrılarının artmasına səbəb olur.
Bundan əlavə, yay aylarında fiziki fəaliyyət bədən istiliyini artırır və güclü baş ağrıları yaradır.
Günəşə məruz qalmamaq və bol su içmək bu dövrdə baş ağrılarını aradan qaldırmağa kömək edir.
Kondisionerli mühitlərdə uzun müddət qalmamaq da vacibdir. Çünki kondisionerlər olan yerdə uzun müddət qalmaq ciddi başağrısı yarada bilər.
Yay aylarında baş ağrılarını azaltmaq üçün alınacaq ilk tədbirlərdən biri də bol su istehlak etməkdir.
Bundan əlavə, günəşə məruz qalmamaq, həddindən artıq istidə idmanı azaltmaq, spirtli içki qəbul etməməyə çalışmaq, nizamlı yemək yemək, nizamlı işləmək, nizamlı yatmaq, qoxuların yaratdığı miqren ağrılarının qarşısını almaq üçün qoxusuz dəri kremləri seçmək baş ağrılarının azalmasında təsirlidir.
Bütün bu ehtiyat tədbirlərinə baxmayaraq, baş ağrısı həyatı məhdudlaşdıran həddə çatarsa, nevroloqa müraciət edilməlidir.