Respirator Sinsitial Virus (RSV) xüsusilə körpələr və gənc uşaqlar üçün ciddi sağlamlıq təhlükəsi olmaqda davam edir.
Sherg.az xəbər verir ki, Yoluxucu Xəstəliklər Mütəxəssisi Prof. Dr. Halil Kurt RSV-nin yaratdığı xəstəlik yükünə diqqət çəkərək, “Bu virus hər il dünyada təxminən 64 milyon insanı təsir edir və 160 min insanın həyatını itirməsinə səbəb olur” xəbərdarlığını edir.
RSV-nin xüsusilə körpələrdə, kiçik uşaqlarda və yaşlılarda ciddi tənəffüs yolu infeksiyalarına səbəb olan bir virus olduğunu izah edən Prof. Dr. Halil Kurt, bunun 6 aydan kiçik körpələrdə pnevmoniya və bronxiolitin ən çox görülən səbəblərindən biri olduğuna diqqət çəkir.
Prof. Dr. Mehmet Özcan isə, dünyada hər il təxminən 64 milyon insanı təsir edən bu virusun Türkiyədə tənəffüs yolu infeksiyaları səbəbiylə xəstəxanaya yerləşdirilmələrin əhəmiyyətli bir hissəsini təşkil etdiyini söylədi. Dr. Kurt valideynləri diqqətli olmağa çağırıb.
RSV ilə mübarizədə yeni inkişafların ümid verici olduğunu ifadə edən Kurt, “Son illərdə inkişaf etdirilən ana peyvəndi üsulları körpələri doğuşdan dərhal sonra qoruya bilər. Bundan əlavə, uzun müddət fəaliyyət göstərən monoklonal antikor müalicəsi ilə risk altında olan uşaqları ağır RSV infeksiyalarından qorumaq mümkündür" deyir.
RSV xüsusilə vaxtından əvvəl doğulmuş körpələrdə, xroniki xəstəlikləri olan uşaqlarda və immun sistemi zəif olan şəxslərdə ağır olur. “Türkiyədə aparılan araşdırmalar uşaqlarda tənəffüs yolu infeksiyalarının yüzdə 33-dən RSV-nin məsuliyyət daşıdığını göstərir. Bu vəziyyət virusun yayılmasını və təsirini ortaya qoyur" deyən Halil Kurt RSV-yə qarşı alına biləcək tədbirləri belə sıraladı: “RSV mövsümü olan qış aylarında körpələri izdihamlı mühitlərdən qorumalıyıq. Xüsusilə risk qrupunda olan körpələr üçün peyvənd və antikor müalicələri laqeyd olmamalı, sağlam qidalanma və gigiyena qaydalarına diqqət yetirilərək yoluxma riski azaldılmalıdır”.
"RSV körpələrimizin sağlamlığını təhdid edən dilsiz düşməndir" deyən professor yeni müalicə üsulları və maarifləndirmə sayəsində bu virusun təsirlərini azaltmağın mümkün olduğunu vurğulayır. O, bütün ailələri bu mövzuda şüurlu olmağa və tədbir görməyə dəvət edib. RSV vaksinlərinin 2024-cü ildən etibarən FDA (Amerika Birləşmiş Ştatları Qida və Dərman İdarəsi) təsdiqini aldığını ifadə edən Kurt qeyd edir:
“Ancaq bu peyvəndlər Türkiyədə hələ ki geniş istifadə olunmur. Yaxın gələcəkdə həm körpələr, həm də yaşlılar üçün RSV peyvəndinin Türkiyədə olması gözlənilir”.
Turan