İnfeksionist: Meymunçiçəyi xəstəliyi 4 həftə davam edir
Yusif Nəzərli
05:33 28.01.2025
Sağlamlıq
497
Yoluxduqdan sonrakı ilk 5 gün qızdırma, şiddətli baş, bel, əzələ ağrısı və yorğunluqla müşahidə olunur
Meymunçiçəyinə yoluxmuş şəxsin vəziyyəti açıqlanıb.
TƏBİB-dən bildirilib ki, meymunçiçəyi virusuna yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi davam etdirilir, hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.
Qeyd edək ki, Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında 02-11 yanvar 2025-ci il tarixlərində 22 yaşlı Azərbaycan vətəndaşının xarici ölkəyə turistik səfər etdiyi və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etməsi, onda meymunçiçəyi virusunun aşkarlanması bildirilmişdi.
Hər nə qədər ölkəmizdə meymunçiçəyi virusuna yoluxma faktı aşkarlansa da, mütəxəssislərin fikrincə, virusun tərkibi COVID-dən fərqli olduğundan geniş kütləyə yoluxma halı gözlənilən deyil. Eyni səbəbdən virusun mutasiyası da müşahidə edilmir.
Ekspertlər onu da qeyd edib ki, meymunçiçəyi virusu koronavirus kimi gizli yayılmır. Birbaşa təmas yolu ilə yoluxur və irinli səpkilərlə müşahidə olunur. Yoluxan şəxsdə yüksək hərarət və əzələ ağrısı müşahidə edilir.
Sözügedən virusla bağlı fikirlərini bölüşən infeksionist Aygül Əhmədova deyib ki, meymunçiçəyi virusu insanlarda və heyvanlarda meymunçiçəyi xəstəliyinə səbəb olan virusdur. O, “Sherg.az"a açıqlamasında deyib ki, bu virus təbii çiçək virusu ilə eyni ailədəndir, lakin onun qədər aqressiv deyil, mütəxəssislər ona yoluxma ehtimalının aşağı olduğunu hesab edirlər:
“İnkubasiya dövrü 5-21 gün arasında dəyişə bilər. Xəstəlik adətən 2-4 həftə davam edir.
Təmas və hava damcı – öskürmə, asqırma zamanı yoluxdurur. Yoluxduqdan sonrakı ilk 5 gün qızdırma, şiddətli baş ağrısı, limfadenopatiya, bel və əzələ ağrısı
və yorğunluqla müşahidə edilir. Səpgilər adətən üz və ətraflarda yerləşir.
Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxmasına qarşı müəyyən qədər qorunma ehtimalı var.
Yoluxma ehtimalı yüksək olan risk qrupları immun çatışmazlığı olan insanlar və yoluxmuş insanlara qulluq edən şəxslərdir.
Diaqnostika hazırda, PZR meymunçiçəyi üçün tövsiyə olunan yeganə test üsuludur. Bu virus antiviral dərmanla müalicə olunur. Lakin əksər xəstələrdə meymunçiçəyi yüngül formada keçdiyi üçün simptomatik müalicə kifayət edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya