Ayaqlar tez-tez uyuşursa...
08:02 25.02.2025
Sağlamlıq
485
Diabet və infarktın xəbərçisidir
Bədənimizdən gələn bəzi siqnalları dinləmək həyati əhəmiyyət daşıyır. Ayaqlarsa ürək xəstəliyinin siqnallarını qəbul edə bilən vacib orqandır. Ayaq barmaqlarındakı damarlar çox incə olduğundan piy yığılması səbəbindən tez tıxanır. Bu, ayaqlarda soyuqluq, uyuşma, ağrı və ya şişlik kimi simptomlara səbəb ola bilər.
“Sherg.az” “sabah.com.tr”yə istinadən bildirir ki, səhiyyə mütəxəssislərinin fikrincə, bu vəziyyət ayaq dırnaqlarında da özünü göstərir və bir müddət sonra dırnaqlar qalınlaşa və kövrələ bilər. Ona görə də ayaq dırnaqlarımıza xüsusi diqqət yetirməliyik. Çünki dırnaqların vəziyyəti ciddi xəstəliklərin əlaməti ola bilər. Araşdırmalara görə, 60 yaşdan yuxarı sağlam insanların təxminən dörddə birində diaqnoz qoyulmamış ürək xəstəliyi var. Damarlarda yağ yığılması nəticəsində yaranan periferik arteriya xəstəliyi (PAD) pəncədən başlayıb ayaqların yuxarı hissəsinə doğru irəliləyə bilər. Mütəxəssislər vurğulayırlar ki, gəzinti zamanı ayaqlardakı ağrılar, həmçinin qısa dincəlmədən sonra yoxa çıxan ağrılar damar tıxanmasının əlaməti ola bilər. Ayaq sağlamlığına təsir edən digər mühüm xəstəlik diabetdir. Qan şəkərinin yüksək səviyyəsi ayaqlardakı həssas qan damarlarını və sinirləri zədələyərək müxtəlif problemlərə səbəb olur. Sinir zədələnməsi səbəbindən şəkərli diabet xəstələri ayaqlarındakı yaraları fərq edə bilmir, nəticədə bu yaralar uzun müddət sağalmaya bilər. Şəkərli diabet də göbələk infeksiyalarına qarşı həssaslığı artırır, bu da ayaq və dırnaq göbələklərinə səbəb ola bilər. Bundan əlavə, daimi yorğunluq, səbəbsiz kilo itkisi və ya yeməkdən sonra həddindən artıq zəiflik kimi simptomlar da diabetin əlamətləri ola bilər. Ayaqlarınızda davamlı soyuqluq, uyuşma, yanma, quruluq, çatlar, sağalmayan yaralar, göbələk infeksiyaları və ya dırnaq dəyişikliyi hiss edirsinizsə, gecikmədən həkimə müraciət etməyiniz tövsiyə olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə