
Çeynəməzdən əvvəl bir daha düşünün!
12:41 16.04.2025
Sağlamlıq
421
Ətraf mühiti çirkləndirən plastiklərin çoxu bəlkə də ağzınızdan çıxır
Plastik çirklənmə hər il bütün dünyada sürətlə artmağa davam edir. Bir çox insan bunun yalnız birdəfəlik plastiklər və böyük sənaye tullantıları ilə məhdud olduğunu düşünsə də, hər il minlərlə ton plastik, əslində saqqızlar vasitəsilə təbiətə qarışır. Bu məlumat ilk baxışdan inanılmaz səslənsə də, hər gün çeynədiyimiz saqqızlar ətraf mühiti çirkləndirir.
Sherg.az xəbər verir ki, bazarda satılan saqqızların çoxu neft mənşəli sintetik kauçuklardan hazırlanır. Bu sintetik kauçuklar, avtomobil təkərlərində istifadə olunan plastik maddələrə bənzər xüsusiyyətlərə malikdir. Rahatsızlıq yarada bilər, amma bu o deməkdir ki, saqqız çeynəyərkən əslində plastik uduruq.
Bu məlumat bir çox insan üçün təəccüblüdür, çünki istehsalçılar saqqızın tərkibini açıq şəkildə paylaşmırlar. Saqqız qablaşdırmalarında adətən yalnız “saqqız bazası” ifadəsi olur. Lakin saqqızların əsl tərkibi kimyəvi analizlərlə üzə çıxır. Stiren-butadien, polietilen (əlavə torbalarda istifadə olunur), polivinil asetat (yapışqan) kimi maddələr ehtiva edir. Bu isə onların təbii şəraitdə parçalanmayan plastiklər olduğunu göstərir.
Saqqızın ətraf mühitə təsiri

Saqqız sənayesi böyük bir sektordur və 2025-ci ildə dünya bazarında dəyərinin 48,6 milyard dollar olacağı proqnozlaşdırılır. Bazarın böyük hissəsi isə üç nəhəng şirkətin nəzarətindədir. Ən böyüyü isə Wrigleydir. İllik təxminən 1,7 trilyon saqqız istehsal olunur və bunun təxminən 2,4 milyon tonu sintetik saqqız bazası ehtiva edir. Yəni 730 min ton saqqız sırf plastikdən ibarətdir.
Bəs saqqız çeynənib atıldıqdan sonra nə baş verir? Onları küçələrdə, məktəb skamyalarında, oturacaqlarda görməyə öyrəşmişik. Amma bu saqqızlar digər plastiklər kimi təbiətdə parçalanmır və on illərlə ətraf mühitə zərər verir. Zamanla bərkidikcə çatlayır və mikroplastiklərə çevrilərək təbiətə qarışır. Bu mikroplastiklər isə ekosistem və canlılar üçün ciddi təhlükə yaradır.
Üstəlik təmizləmə prosesi həm baha, həm də çətindir. Birləşmiş Krallıqda, yalnız saqqız təmizləməsi üçün yerli idarələrin ildə 7 milyon funt sterlinq xərclədiyi bildirilir. Bu, artıq əmək tələb edən və maliyyətli bir işə çevrilib.
Hansı tədbirlər görülə bilər?
Bu çirklənmənin qarşısını almaq üçün bəzi addımlar atılmağa başlanılıb. İngiltərədə “Gumdrop Ltd” kimi şirkətlər saqqızların toplanması və təkrar emalı üçün xüsusi qutular yerləşdirir. Bəzi bələdiyyələr isə düzgün atılmanı təşviq etmək üçün yönləndirici işarələr quraşdırır. Son illərdə bitki əsaslı, ekoloji təmiz saqqız istehsal edən kiçik şirkətlər də ortaya çıxmağa başlayıb. 2021-ci ildə isə “Keep Britain Tidy” təşkilatı “saqqız üzrə vəzifə qrupu” quraraq bu problemə həll yolları axtarıb.
Lakin bu təşəbbüslər problemin kökünə toxunmur. Təmizlik yalnız müvəqqəti bir tədbirdir. Əsas məsələ plastik çirkliliyin qarşısını almaq üçün daha geniş miqyaslı tədbirlər görməkdir. Məsələn, plastik istehsalçılarının təmizlik xərclərini ödəməsi problemin həllinə yetərli deyil. Saqqızı zibil qutusuna atmaq da bir həll deyil – çünki əsas səbəb, istehlakın çox olması və istehsalçıların məsuliyyət daşımamasıdır.
Plastik çirkliliyə qarşı “azalt, yenidən istifadə et, təkrar emal et, yenidən dizayn et” prinsipləri saqqız üçün də keçərli olmalıdır. Artıq saqqızın da plastik çirklənmə kateqoriyasına daxil edilməsi vacib görünür. Bu istiqamətdə atıla biləcək addımlar arasında:
•Saqqızın tərkibi barədə daha çox məlumatlandırma,
•Daha şəffaf etiketləmə,
•İstehsalçı məsuliyyəti,
•Daha sərt qanunlar yer almalıdır.
Saqqızın içində nə olduğunu şəffaf şəkildə göstərmək, istehlakçıların şüurlu seçimlər etməsinə kömək edə bilər. Həmçinin, sintetik saqqızlara xüsusi vergi tətbiq etmək, sənayeni bitki əsaslı alternativlərə yönəldə bilər. Bu yolla həm istehsalçılar, həm də istehlakçılar daha ekoloji seçimlərə yönələ bilərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya
Sumqayıt-Bakı istiqamətində yol çökdü
16:38 22.05.2026
Hadisə
Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam! - Deputat
16:23 22.05.2026
Gündəm
TDT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib
16:19 22.05.2026
Gündəm
Dünyanın ən qısa təyyarə reysi - Cəmi 53 saniyə çəkir
15:31 22.05.2026
Dünya
SEPAH: Hörmüz boğazından 35 gəmi keçib
15:27 22.05.2026
Dünya
Paşinyan, Köçəryan və Karapetyanın reytinqi açıqlandı
15:02 22.05.2026
Gündəm