3 min qaziyə əlillik dərəcələri və sosial ödənişlər təyin olunub (FOTO)
07:25 10.06.2022
Sağlamlıq
394
Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyində Agentliyin sədri Anar Bayramov və Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəylinin iştirakı ilə bir qrup Vətən müharibəsi qazisi ilə görüş olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə iştirak edən Vətən müharibəsi qaziləri ölkədə müharibə veteranları ilə bağlı ardıcıl həyata keçirilən sosial dəstək tədbirlərinin ümumən ictimaiyyət tərəfindən razılıqla qarşılandığını ifadə ediblər.
44 günlük Vətən müharibəsi iştirakçılarının sosial dəstəklə təmin olunması, həmçinin döyüşlərdə yaralanmış hərbçilərin əlilliyinin qiymətləndirilməsi üçün aparılan işlər diqqətə çatdırılıb.
A.Bayramov müharibədən sonra elə ilk günlərdən bu istiqamətdə işlərə başlandığını, döyüşlərdə yaralanmış qazilərin evlərində və xəstəxanalarda ziyarət olunaraq, ilkin müayinələr, qeydlər aparıldığını deyib.
Müvafiq komissiyada təmsil olunan qurumlarla birgə qazilərin əlilliyinin operativ qiymətləndirilməsi işlərinin bu gün də davam etdiyi, ötən dövrdə müalicə müddəti bitmiş artıq 3 min qaziyə əlillik dərəcələri və sosial ödənişlər təyin olunduğu diqqətə çatdırılıb.
Əlilliyin qiymətləndirilməsi proseduru barədə məlumat verilib. Bu sahədə şəffaf, obyektiv, ədalətli qərarların qəbul edilməsinin əsas fəaliyyət prinsipi olduğu vurğulanıb. Ümumilikdə, bu ilin 5 ayında əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə 2-3 dəfə çox olmaqla 30 min şəxsə əlillik dərəcəsi təyin edildiyi, son 3 ildə əlillik təyinatlarının 160 mindən çox olduğu bildirilib.
Ətraflı
Postmüharibə dövründə Vətən müharibəsinin 200 hərbçisinin, ümumilikdə 300 müharibə əlilinin yüksək texnologiyalı son nəsil protezlərlə, 1400-dən çox müharibə əlilinin 19,3 mindən çox reabilitasiya vasitəsi, 2500 qazinin reabilitasiya xidmətləri ilə təmin edildiyi qeyd olunub.
M.Abbasbəyli qazilərin də şəhid ailələrinin üzvləri ilə bərabər aktiv məşğulluq proqramlarına cəlb edilməsi işlərini diqqətə çatdırıb. Postmüharibə dövründə 12,1 min şəhid ailəsi və qazının aktiv məşğulluq proqramlarına cəlb edilərək məşğulluğuna dəstək göstərildiyi, onlardan 7,8 min nəfərinin özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları, kiçik biznes sahələri yaradıldığı vurğulanıb.
Eləcə də Nazirlik və qurumlarının rəhbər şəxsləri tərəfindən istər qurumların özündə, istərsə də bölgələrdə qazilərin mütəmadi qəbullarının həyata keçirildiyi diqqətə çatdırılıb.
Hərbi ekspertlər Ədalət Verdiyev və Rey Kərimoğlu və digərləri qazilərlə bağlı həyata keçirilən sosial dəstək tədbirlərini müzakirə ediblər. Bu sahə ilə bağlı təkliflər bildirilib, qazilərlə belə görüşlərin ardıcıl təşkil edilməsi müsbət dəyərləndirilib və belə görüşlərin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail Livana yeni zərbələr endirib
16:21 13.06.2026
Dünya
Ukrayna bir gündə Rusiya ilə münaqişə zonasında 450 hərbçi itirib
15:58 13.06.2026
Dünya
Madyar Orban hökumətini “ən böyük yalan”da ittiham etdi
15:40 13.06.2026
Dünya
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı
15:04 13.06.2026
Hadisə
Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək
14:58 13.06.2026
Gündəm
Bakıda Şimali Kipr Mədəniyyət Günü keçirilir
14:48 13.06.2026
Gündəm
Tramp Venesuelada "Tren de Aragua" liderinin öldürüldüyünü açıqladı
14:14 13.06.2026
Dünya
İddia qəbul edilmədi: Məktəb rəhbərliyi ekspertə uduzdu
14:06 13.06.2026
Elm və Təhsil
Sabah 34 dərəcə isti olacaq
13:05 13.06.2026
Ekologiya
Zaxarovanın şeirinə yazılan mahnı Rusiyada duyğusal anlar yaşatdı
12:57 13.06.2026
Dünya
Hindistanda hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb
12:45 13.06.2026
Dünya
Bu gün Azərbaycanda "Son zəng" tədbiri keçirilir
12:30 13.06.2026
Elm və Təhsil
Tsarukyan Paşinyandan üzr, təkzib və kompensasiya tələb edir
12:23 13.06.2026
Gündəm