5 korona xəstəsindən biri azyaşlıdır: Peyvəndlənmə şərtdir
Məlahət Rzayeva
13:36 11.05.2021
Sağlamlıq
865
Uşaqlar arasında koronavirusa yoluxma hallarında artım müşahidə edilir. Bu durum uşaqların da koronavirusa qarşı tez bir zamanda peyvənd olunmasını şərtləndirir. Belə bir açıqlama ilə türkiyəli professor Sırrı Bektaş çıxış edib.
Sherg.az “Milliyyət.com”a istinadən bildirir ki, S.Bektaş bu barədə "CNN Türk"ə danışıb. “5 xəstədən birinin azyaşlı olduğunu görürük. Zənnimcə, 2 yaşından etibarən, hətta düşünürəm ki, 6 aydan sonra bütün uşaqların peyvəndlənməsi lazımdır” deyən S.Bektaş qeyd edib ki, ABŞ Pediatrlar Akademiyasının yayınladığı son məlumata görə, yeni tip koronavirusa (Covid-19) yoluxma sayı uşaqlar arasında 1 il ərzində 8 dəfə artıb. Türkiyədə də ciddi artım sayı müşahidə edilir. Pandemiyanın ilk vaxtlarında 100 yoluxmadan bəlkə 1-i uşaqlarla bağlı idisə, indi nəzərəçarpan yüksəliş var. Yoluxma sayı 100-də 1-2-dən, 100-də 20-yə yüksəldi. Bu səbəbdən narahatlıqlar təbiidir. S.Bektaş təəssüflə qeyd edib ki, koronavirusdan həyatını itirmiş uşaqlar da var. Professor ümidverici mənzərənin əsasən uşaqların xəstəliyi yüngül keçirməsiylə bağlı olduğunu deyib. Uşaqların bir qismi xəstəliyi əlamətsiz keçirir, yaxud da yüngül keçirir. Professor yoluxmadan 2-6 həftə sonra bəzi əlamətlərin üzə çıxdığını deyib: “kiminin ürəyinə, kiminin bağırsağlarına, kiminin də beyninə təsir edir. Bu halda uşaqların xəstəxana şəraitində müalicə olunması vacibdir”. S.Bektaş hazırda istifadə edilən peyvəndlərin uşaqlara da vurulmasını məsləhət görür.
Həkim-pediatr Vaqif Qarayev Sherg.az-a açıqlamsında uşaqar arasında koronavirusa yoluxma sayında ciddi artımın olmadığını bildirdi:
- Hələ uşaqlar arasında ciddi statistika yoxdu dünyada. Amma uşaqlar üçün xüsusi vaksin hazırlanır. İstifadəsinə başlanarsa biz də fikrimizi bildirərik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə