Afrika koronavirusun üçüncü dalğasının astanasındadır
18:09 03.06.2021
Sağlamlıq
463
“Son iki həftə ərzində Afrikada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı əvvəlki dövrlə müqayisədə 20 faiz artıb”.
“Report” xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının (ÜST) Afrikadakı regional ofisinin rəhbəri Matşidiso Moeti açıqlayıb.
“Afrikada üçüncü dalğa təhlükəsi realdır və artmaqdadır. Afrikalıların peyvənd olunması sürətləndirilməlidir. Qitənin 14 ölkəsində infeksiyaya yoluxanların sayında artım müşahidə olunur. Eyni zamanda, səkkiz ölkədə yoluxma 30 faizə qədərdir. Ən pis vəziyyət Cənubi Afrika, Uqanda, Angola, Namibiyadadır”, - Moeti bildirib.
Onun sözlərinə görə, qitə ölkələrinin əksəriyyəti COVID-19-a qarşı peyvənd ehtiyatlarının üçdə ikisini artıq istifadə ediblər:
“Bu günə qədər Afrika ölkələri 48,4 milyon doza koronavirus peyvəndi alıb, bunlardan 31,4 milyon doza istifadə edilib. Afrikada, əhalinin təxminən 2 faizi birinci mərhələ üzrə vaksinasiya olunub, halbuki bütün dünya üçün bu rəqəm indi 24 faizdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə