Ağ pendirdə "Listeria" həyəcanı: Mütəxəssislərdən vacib xəbərdarlıq

Türkiyədə satışa çıxarılan "Tahsildaroğlu" markalı ağ pendirin bir partiyasında "Listeria monocytogenes" bakteriyası aşkarlanıb.

Sherg.az xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi həmin məhsulların bazardan yığışdırıldığını, istehsalçı şirkətin isə cərimələndiyini açıqlayıb.

Qida təhlükəsizliyi üzrə mütəxəssislər bildiriblər ki, listeriya bakteriyası xüsusilə hamilə qadınlar, körpələr, yaşlılar və immun sistemi zəif olan şəxslər üçün ciddi təhlükə yaradır. Mütəxəssislər istehlakçılara yalnız etibarlı mənbələrdən süd məhsulları almağı, məhsulun son istifadə tarixini və partiya nömrəsini yoxlamağı, qablaşdırması zədələnmiş pendirləri isə almamağı tövsiyə ediblər.