Ağcaqanadlar 3 ölümcül xəstəlik yaradır
Məlahət Rzayeva
22:35 06.09.2021
Sağlamlıq
1843
Professor vətəndaşları qorunmağa çağırıb
Türkiyənin İstanbul şəhərindəki özəl xəstəxanalardan birində Orqan transplantasiyası Bölümündə çalışan professor doktor Onur Yaprak havaların hələ də isti keçməsinə diqqət çəkərək vətəndaşları ağcaqanadlardan qorunmağa çağırıb. “Milliyet.com”un yazdığına görə, professor hazırda ağcaqanadlar vasitəsilə çox təhlükəli viruslar – “Qərbi Nil”, sarı humma (flavi-virus), “sıtma”, “dang hərarəti”, “chikungunya”, “Zika” kimi virusların yayılma ehtimalından danışıb. Yoluxma mənbəyi ağcaqanadlardır.
İnsanlar bu viruslara əsasən ağcaqanad sancması ilə yoluxur. Bəzi elm adamları tərəfindən Makedoniyalı İskəndərin də ölüm səbəbi olaraq bilinən “Qərbi Nil” virusuna yoluxmuş hər 5 nəfərdən 1-də yüksək hərarətlə yanaşı, ishal, qusma, əzələ ağrıları, baş ağrısı, ümumi bədən ağrıları müşahidə edilir. Onur Yaprak dünyada hər il 700 milyon insanın ağcaqanadların yaydığı viruslara yoluxduğunu, yüz minlərlə insanın məhz bu xəstəliklərdən həyatlarını itirdiyini söyləyib. Və ağcaqanad sancmasından qorunmağı tövsiyə edib: “Türkiyədə 7 cinsə aid ümumilikdə 62-dən çox ağcaqanad növü var. Hər növ də fərqli bir virus daşıyıcısıdır.
Cənub-şərqi Asiyanın tropik və subtropik bölgələrində yayılmış “Asiya qaplanı” ağcaqanadı Afrika ilə Cənubi Amerikaya aid sarıhumma ağcaqanadının son zamanlarda ölkəmizdə də populyasiyası artıb. Onlar əsasən istifadə edilib atılmış avtomobil təkərləri, ağac oyuqları və günlərlə dəyişdirilmədən ağzı açıq halda saxlanan su qablarının içində çoxalırlar”.
Professor ağcaqanad sancması ilə yarana bilən ağır xəstəliklərə diqqət çəkib:
“Virusa yoluxanlarda ensefalit – beyin iltihabı və ya meningit kimi ciddi xəstəliklər yarana bilir. Ağcaqanadın yoluxdurduğu sarıhumma virusu isə qara ciyər, böyrək və dalaq kimi daxili orqanları zədələyir. Qara ciyərdə hepatitə səbəb olaraq sarılıq, qanda qatılaşma, damar sərtliyi, qanama kimi ciddi problemlərə yol açır”. Professor bu viruslara qarşı da peyvəndlərin mövcud olduğunu deyib. Və səyahətə hazırlaşanların peyvənd vurdurmalı olduğuna diqqət çəkib, qeyd edib ki, dünya üzrə hər il təxminən 30 min insan sarıhumma virusundan vəfat edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya