Ağcaqanadlar niyə bəzi insanları daha çox sancır?

Mütəxəssislər bildirirlər ki, ağcaqanadların bəzi insanları digərlərindən daha çox sancmasının səbəbi qanın "şirin" olması deyil.

Sherg.az xəbər verir ki, alimlərin fikrincə, dişi ağcaqanadlar insanları əsasən nəfəs zamanı ifraz olunan karbon qazı, bədən temperaturu və dəri qoxusuna görə seçirlər.

Araşdırmalara görə, idmandan sonra bədən istiliyinin və tərləmənin artması, eləcə də hamiləlik dövründə maddələr mübadiləsinin sürətlənməsi insanı ağcaqanadlar üçün daha cəlbedici edə bilər. Həmçinin hər bir insanın özünəməxsus dəri qoxusu da ağcaqanadların seçimində mühüm rol oynayır.