Bu ölümün səbəbi araşdırılsın! - "Narkoz tromba səbəb olmur”
Banuçiçək Kalbalıyeva
09:43 14.07.2021
Sağlamlıq
627
Bakı şəhəri, Xəzər rayonunda yerləşən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında ölüm hadisəsi baş verib. Bu barədə ölən şəxsin oğlu, vətəndaş Vüsal Hüseynov məlumat verib. O bildirib ki, atası 56 yaşlı Həsənağa Həsənov həkim səhlənkarlığı nəticəsində vəfat edib:
“Dünən atam səhər öd daşı əməliyyatına girməli idi. Əməliyyat öncəsi bütün analizləri verdik, hər şey normal idi. Deyə-gülə əməliyyata saldıq. Heç 10 dəqiqə keçməmiş ölüm xəbəri gəldi”. Şikayətçinin iddiasına görə, atası narkozun çox verilməsi səbəbindən vəfat edib:
“Narkoz verən həkimin adı da Esmiradır. Hadisədən sonra prokurorluq əməkdaşları gəldi, meyit yarıldı və ekpertiza edildi. Cavabın nə zaman çıxacağını bilmirik”. Həkim Əziz Mərdiyev “Report”a bildirib ki, o, xəstəni əməliyyat etməyib: “Əməliyyat otağına girdim ki, xəstə qaralıb, narkoz stolunda ölüb. Mən heç bir müdaxilə etməmişəm. Narkozdan sonra trombdan vəfat edib. Meyit ekspertiza tərəfindən müayinə olunub. Ölüm səbəbini onlar dəqiqləşdirəcək”.
ADP sədri, həkim Sərdar Cəlaloğlu bu barədə “Sherg.az”a danışdı:
“Həddindən çox narkoz veriləndə bədbəxt hadisələrin baş verməsi istisna deyil. Amma narkoz tromba səbəb olmur. Trombla nəticələnən konkret hallar var. Odur ki, məsələ ciddi araşdırılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya