Evdə müalicə alanların sayı çoxalıb
07:08 31.03.2021
Sağlamlıq
557
Adil Qeybulla: "Ölüm hallarının çoxalması da bununla bağlıdır"
COVİD-19-a yoluxanlar arasında ölüm hallarının başvermə səbəbi əsasən, xəstələrin həkimə gec müraciət etmələri ilə bağlıdır. Xəstəlikdən sağalanlar daha çoxdur, amma bu xəstəlikdən ölüm sayı demək olar ki, eyni qalıb. Ölüm səbəbləri daha çox müraciətlərin gec edilməsi ilə bağlıdır. İnsanlar bir müddət virusa inanmırdılar, qaydalara əməl etməyərək çox rahat gəzirdilər.
Evdə kortəbii, yanlış müalicə alan xəstələrin sayı çox idi. İndi də bu say çoxdur.
Evdə müalicə alan xəstələrlə bağlı "Şərq"ə danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, bu sahədə və belə bir dönəmdə maarifləndirmənin rolu çox önəmlidir:
"Əslində pandemiya dönəmindəki ən böyük problemlərimizdən biri maarifləndirmə işinin yetəri qədər təşkil olunmamasıdır. İnsanlarla daim işləmək lazımdı. Xəstələri məlumatlandırmaq lazımdır ki, vaxtında həkimə müraciət etsinlər.
Təəssüflər olsun ki, çox adam evdə müalicə olunmağa üstünlük verdiyinə görə ağırlaşır.
Artıq o həddə çatır ki, orqanizmi həmin vəziyyətdən çıxarmaq olmur. Ölüm hallarının çoxalması da bununla bağlıdır. Maarifləndirmə işi də sırf bu səbəbdən çox vacibdir. İnsanlara xəstəliyin ciddiliyi barədə məlumat verilməlidir. Bəlkə bundan sonra onlar xəstəliyə məsuliyyətli yanaşarlar.
Maarifləndirmənin düzgün aparılması bir çox insanın psixologiyasına da müsbət təsir göstərər. Beləliklə vətəndaşlar vaxtında müraciət edərlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə