Heç biri peyvənd olunmayıb
07:56 17.09.2021
Sağlamlıq
390
12 hamilə qadın koronavirusdan həyatını itirib
Ankara İl Sağlamlıq Müdiri, professor Əhməd Zülfikar Akelma "COVİD-19" xəstəliyinin gedişi və peyvənd işləri ilə bağlı ictimaiyyətə geniş məlumat verib. O, açıqlamasında bildirib ki, hazırda Türkiyədə peyvəndlənmə prosesi intensiv şəkildə davam etdirilir. Akelma 18 yaşdan yuxarı olan şəxslərin 87 faizinin birinci, 70 faizinin isə ikinci dozanı vurdurduğunu deyib:
"Bu rəqəmlər bizim üçün çox perspektivlidir. 60 yaş və yuxarı olanlar üçün aşılama nisbətləri yüzdə 90-95 arasındadır.
Universitetlər açıldıqca, aşılama nisbətimiz də yəqin ki, artacaq. Mövcud peyvənd potensialına uyğun olaraq gündəlik 140 minə yaxın vaksin vura bilərik. Hazırda isə bu potensialın təxminən 30-40 minini istifadə edirik. Önümüzdəki günlərdə məktəb və universitetlərin açılması ilə yoluxmaların sayında artım olacağını proqnozlaşdırırıq. Biz bunu heç istəmirik, amma bu artımdan sonrakı vəziyyət gələcəyimizi daha yaxşı görməyə imkan verəcək ".
Həm "COVİD-19", həm də digər xəstəliklər üzündən reanimasiyaya ehtiyacı olanlar üçün lazımi planların hazırlandığını ifadə edən Akelma hazırda heç bir ciddi problemin yaşanmadığını vurğulayıb. Akelma "COVİD-19" səbəbindən 12 hamilə qadının həyatını itirdiyini dilə gətirib:
"Çox təəssüf ki, 2021-ci ildə "COVİD-19" infeksiyasına görə, hamilə qadınlarımızı itirdik. Onların 5-i Ankarada, qalanları isə digər bölgələrdə dünyasını dəyişib. Çox təəssüf ki, hamilə qadınların bəzilərində peyvəndlə bağlı tərəddüdlər var. Qeyd edm ki, "COVİD-19" səbəbindən həyatını itirən hamilə qadınların heç biri peyvənd olunmamışdı. Fikrimcə, hamilə qadınların hamısı aşılanmalıdır. Şiddətli bir mənzərə ilə üzləşmək istəmirik. Hamilə qadınların peyvəndlənməsi ilə bağlı heç bir maneə yoxdur. Bu barədə hətta kifayət qədər elmi məlumatlarımız var. Hamilə qadınların peyvənd olunmasının heç bir zərəri yoxdur. Əksinə, hamiləykən peyvənd edildikdə meydana gələn antikorlar hətta körpəyə keçə bilər. Bu da körpə üçün qoruyucu təsir gücünə malikdir".
Aynurə Pənahqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya